İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın "nun" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə İraqda "Nəhcül-bəlağədə tibbi məsələlər və ümumi gigiyena" - الطب و الصحة العامة فی نهج البلاغة - (ət-tib vəs-sihhətul-ammə fi nəhcul-bəlağə) kitabı ərəb dilində çapdan çıxdı. Kitabın müəllifi Yəhya Kazim Sultanidir. O, Kufə universitetinin "dərman peraparatlarının hazırlanması" fənni üzrə ustadıdır.
Bu kitab 22 fəsl və 320 səhifədə yazılıb. Kitabda "Nəhcül-bəlağə"də keçən tibbi hədislər araşdırılmışdır.
İraqın Ali Təhsil və Elmi Tədiqaqat Nazirliyinin ümumi əlaqələr idarəsinin müdiri Kazim İmran Musa bu barədə dedi: Müəllif bu kitabda Nəhcül-Bəlağə ilə Tibbi elmi və ümumi gigiyena arasında olan çox sıx bağlılığı təhlil etmişdir.
O əlavə etdi: Nəhcül-Bəlağə barədə çoxlu kitab və məqalələrin yazılmasına baxmayaraq indiyədək bu dəyərli kitab ilə müasir elm arasında olan rabitə haqqında kitab və məqalələr lazım olan həddə işlənilməmişdir. Kitabın müəllifi də bu boşluğun bir hissəsini doldumraq hədəfi ilə belə bir kitabı qələmə almışdır.