IQNA

Ayətullah-Üzma Cavadi Amuli:
12:10 - February 11, 2015
Xəbər sayı: 2836906
Dini Elmi Hövzələr qrupu: Dəyərli "Təsnim təfsiri"nin müəllifi Həzrət Ayətullah-Üzma Cavadi Amuli dedi: Allah heç vaxt heç kimi əvvəlcədən və səbəbsiz olaraq azdırmır. İbtidayi "azdırma"nın (izlal) Allah üçün mənası yoxdur, "cəzalandırıcı azdırma" (izlali keyfəri) isə insanın öz əməlinin nəticəsidir.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Ayətullah-Üzma Abdullah Cavadi Amuli dünən, 10 fevral, müqəddəs Qum şəhərinin "Əəzəm məscidi"ndəki təfsir dərsində İmam Əlinin (ə) gözəl hədislərindən birinə istinadən dedi: İnsanlar üç dəstədirlər:



Birinci dəstə onlardırlar ki, özləri müəyyən bir sahədə nəzər sahibi və müctəhiddirlər və bu ictihad (nəzəriyyəçi) dərəcəsinə universitet və ya dini hövzədə yiyələniblər.



İkinci dəstə həmişə elm dalınca olanlardırlar ki, heç vaxt rabitələrini dini hövzə və ya universitetlər ilə kəsmirlər (və daim elm əhli ilə təmasdadırlar).



Üçüncü dəstə isə bir sıra sərgərdan adamlardırlar ki, nə alimdirlər və nə də elm öyrəncisi. Buna görə ictimaiyyətin ən tez zərər görə biləcək və mənfi təbliğatlardan təsirlənəcək dəstəsi bu insanlardır. Düşmən faydasız mövzuları bir-neçə dəfə təkrar etməklə bu cür insanların zehninə və ruhuna hopdurur.



Təfsir ustadı əlavə etdi: Bu növ təbliğat bu cür insanlara qarşı həmişə olub və indi də qərb və sionizim bundan istifadə edir. Çünki indi insanlar daha çox sərgərdandırlar. Və düşmənlər təbliğat ilə elə şeyləri insanların ruhuna yedirdirlər ki, onları doğru yolu seçməkdə və həqiqəti dərk etmək və tapmaqda daha sərgərdan və aciz etsin.



Ayətullah Cavadi Amuli çıxışının başqa bir hissəsində "insanların azdırılması" barədə buyurdu: Allah heç vaxt heç kimi əvvəlcədən və səbəbsiz olaraq azdırmır. İbtidayi "azdırma"nın (izlal) Allah üçün mənası yoxdur, "cəzalandırıcı azdırma" (izlali keyfəri) isə insanın öz əməlinin nəticəsidir. Çünki Allah insanları əvvəldən azdırmaq istəsə idi, o zaman bu qədər peyğəmbərlər və səmavi kitablar nə üçün idi?   



O dedi: Allahın rəhmət qapıları bu rəhmətə inanlar və möminlər üçün həmişə açıqdır. Əgər Allah-Taala istəsə bütün rəhmətini həmişə insanlar üçün yağdırar. Amma insanların azğın və əyri yolu tutması Allahın bu rəhmət qapısını bağlayır və qapı bağlandığı zaman isə insan öz halına və sərgərdan buraxılır (ki, bu da azğınlığın başlanğıcıdır. Deməli insanın öz əməli bais olur ki, insan azğınlığa düşsün. Allah-Taala kimisə azdırmır, sadəcə insanın öz ixtiyarı ilə seçdiyi və tutduğu yola görə Allah o insana açılmış rəhmət qapısını onu cəzalandırmaq üçün bağlayır).



2832769           

Teqlər: quran ، təfsir ، ayətullah ، cəvadi ، amuli ، təsnim ، izlal
Ad:
E-poçt:
* Comment:
* captcha: