IQNA

İŞİD terrorçuları İraqın mili irsi sayılan 10 mindən çox kitabı məhv edib

11:10 - February 23, 2015
Xəbər sayı: 2885891
Tehran(İQNA)_ FaktXəbər-in verdiyi məlumata görə, İŞİD terrorçuları İraqın Mosul şəhərində Mərkəzi Kitabxananı partladaraq 10 min kitabı məhv ediblər.


Müəssisənin direktoru bildirib ki, partlayış nəticəsində 3 mərtəbəli binada yanğın başlayıb.  Kitabxananın həyətində terrorçular İraqın mədəni irsin sayılan kitab və əlyazmalardan tonqal qalayıblar. Məhv edilən nəşrlər arasında mədəniyyət, fəlsəfə və tarix  barədə nadir nüsxələr olub. İŞİD  terrorçuları öz hərəkətlərin guya kitab və manuskriptlərin  fərqli düşüncələr yaratması ilə bəratə qazandırmağa çalışıblar.
Əyalətin  şura üzvü Ənbər Adal əl-Fəhdaui  öz növbəsində bildirib ki, terrorçular  son bir neçə həftədə  çoxsaylı kitabxanaları yandırmaqla, 100 mindən çox kitabı məhv ediblər.

faktxeber.com

Teqlər: kitabxana ، partlayış ، mosul
captcha