IQNA

Kanadada islamofob hakim hicablı vətəndaşın məhkəmə işinə baxmadı

14:25 - February 28, 2015
Xəbər sayı: 2909824
Tehran(İQNA)_Kvebek vilayətində islamofob hakim hicablı şikayətçinin məhkəmə işini əngəlləyib.

İslamazeri.az-ın “Əlcəzirə”-yə istinadən verdiyi xəbərə görə, Kanadanın Kvebek vilayətində məhkəmələrin birində çalışan hakim Eliyana Marengo məhkəməyə müraciət edəm şikayətçi qadın Rania Allouldan hicabını çıxarmasını tələb edib. Belə ki, islamofob hakim Marengo məhkəmə binasının dünyəvi yer olduğunu əsas gətirərək şikayətçi xanımdan hicabını çıxartmağı tələb edib. İslamofob hakim hicabı eynək və papaqla müqayisə edərək bildirib ki, məhkəmə zalında bu əşyalar çıxarıldığı üçün hicabda çıxarılmalıdır. Hakim müsəlman qadına iki yol təklif edib, hicabı çıxartmaq və yaxud onun hüquqlarını müdafiə etmək üçün vəkil tutmaq.

Buna cavab olaraq məhkəməyə mürəcitə edən müsəlman xanım vəkil tutmağa imkanın olmadığını və hicabın dinin əsası olduğunu bəyan edərək islamofob hakimə öz etirazını bildirib. Müsəlman xanımın etirazı ilə üzləşən hakim Eliyana Marengo şikayətçi xanımın işini qeyri-müəyyən müddətə kimi təxirə salıb.

islamazeri.az

Teqlər: kanada ، hicab ، qadın ، məhkəmə
captcha