IQNA

Küveytin Quran yarışlarında 50 ölkə iştirak edəcək

10:26 - April 01, 2015
Xəbər sayı: 3072792
Beynəlxalq qrup: Küveytin Quran-Kərimin hifz, qiraət və təcvid üzrə beynəlxalq yarışlarının 6-cı turunun keçirilməsi komitəsinin informasiya şöbəsinin rəisi Yəqub Əhməd bu yarışlara 50 ölkədən iştirakçının qatılacağı barədə məlumat verib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-An" elektron qəzetinə istinadən verdiyi xəbərə görə Küveytin Quran-Kərim yarışlarının 6-cı turunun keçirilməsi komitəsinin informasiya şöbəsinin rəisi Yəqub Əhməd bu yarışlara 50 ölkədən iştirakçının qatılacağı barədə məlumat verərək deyib: Quran-Kərimin hifz, qiraət və təcvid üzrə "Küveyt Mükafatı" beynəlxalq yarışlarının 6-cı turu Küveytin Vəqflər və İslam işləri nazirliyinin Quran idarəsinin təşəbbüsü və himayəsi ilə cari ilin Aprel ayının 3-dən başlayaraq 10-dək davam edəcəkdir.



Bu yarışlarda qiraət, təcvid, hifz, təfsir və digər ixtisaslardan əlavə Quran aid yeni bir ixtisas üzrə də yarış keçiriləcəkdir.



Bu yeni ixtisas yarışı "Qurana ən yaxşı texniki xidmət" üzrə olacaqdır. Quran və Quran Elmləri üzrə proqram hazırlayanlar və Quran maarifinin yayılması üçün texniki ixtira sahibləri öz əsərlərini bu yarışlara təqdim edə bilərlər.



Bu yarışlarda İran İslam Respublikasından Həmidrza Abbasi Zəncani və Peyman Əyazi Mazəndərani qiraət və hifz ixtisasları üzrə iştirak edəcəklər.



Həmidrza Abbasi 4 il öncə Malaziya Beynəlxalq Quran Yarışlarında hakimlərin öz etirafına görə digər rəqiblərə üstünlüyünə baxmayaraq 4-cü yerə layiq görüldü.



Peymzan Əyazi indiyədək Rusiya, Əlcəzayir və Tunis beynəlxalq Quran yarışlarında iştirak edib.



"Küveyt Mükafatı" beynəlxalq Quran yarışlarının 5-ci turunda 57 ölkədən 107 nəfər qari və hafiz iştirak etmişdi ki, bu yarışlarda İranı Seyid Məhəmməd Kermani təmsil edirdi. Bu rəqabətlərdə də Kermaninin birinci yeri qazanmaq üçün kifayət qədər imtiyazının olmasına baxmayaraq heç bir imtiyaz və rütbə verilmədi.



3054417  

Teqlər: quran ، hifz ، qiraət ، yarış ، küveyt
captcha