IQNA

İordaniya yarışlarındakı hadisədən sonra;

Ayətullah Üzma Safi Gülpayqani Quran hafizəsi olan xanıma zəng edərək...

8:48 - May 30, 2015
Xəbər sayı: 3308920
Dini Elmi Hövzələr şöbəsi: Quran hafizəsi olan bir xanımın İordaniyada beynəlxalq Quran yarışlarındakı rəftarı bais oldu ki, Ayətullah Üzma Safi Gülpayqani özü şəxsən ona telefon zəngi ilə təşəkkür etsin.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə xanım Həcər Mehrəlian bir il ərzində Quran-Kərimi hifz edərək, İran İslam Respublikasının müxtəlif milli Quran yarışlarında iştırak etmiş və uğurlar qazanmışdır. Cari ildə isə onu İordaniya kralının xanımı tərəfindən təşkil olunun İordaniya beynəlxalq Quran-Kərim yarışlarına ezam edirlər. Bu Quran yarışları hər il İordaniya kraliçası tərəfindən təkcə xanımlar üçün və beynəlxalq Quran hafizləri və hakimlərinin iştirakı ilə keçirilir.



İranlı hafizə xanım dedi:



Başqa ölkələrdən olan xanımlar qiraət və hifz rəqabətləri zamanı yarışlarda iştirak edən kişilərin hüzurunda avazla Quranı tilavət edirlər. Növbə mənə çatdıqda isə, əvvələn hicabıma kamil şəkildə riayət etdim, sonra tirbunaya keçib avazla Quran qiraətinə başlamazdan əvvəl salonda olan bütün kişilərin oranı tərk etməsini tələb etdim. Və dedim ki, mənim məzhəbimdə (şiəlikdə) qadının naməhrəm kişi yanında avazla oxuması haramdır. Onlar da mənim bu tələbimə ehtiram qoyaraq, hamısı bir nəfər kimi salonu tərk etdilər. Daha sonra isə tələb etdim ki, mənim avazla oxuduğum Quran ayələrini heç bir səs və video yazısı vasitəsilə yazmasınlar və buna da icazə vermədim. Mənim bu yarışlardakı hədəfim xalis İslam olan Əhl-Beyt (ə) məktəbini təbliğ etmək idi ki, bunu da etdim. Öz icrama İmam Əlinin (ə) bir kəlamı ilə başlamaq istəyirdim ki, gördüm şərait əlverişli deyil – (başqa cür yoza bilərdilər). Ölkəyə qayıdandan sonra isə hamı tərəfindən çox yaxşı qarşılandım və hamı bu rəftarıma afərin dedi. Bunların hamısından şirini və yadda qalanı isə, Həzrət Ayətullah Üzma Safi Gülpayqaninin lütfkarlığı idi ki, birbaşa özümə zəng edərək bu əməlimə görə mənə təqdir və təşəkkür etdi. Bu mənim ən şirin və ən yaddaqalan həyat xatirəm olaraq qalacaq. O, mənə təşəkkür etdikdən sonra vurğuladı ki, Quranla daha çox ünsiyyətdə ol və bu yolda hərəkət et.



3308139            

Teqlər: quran ، hifz ، Safi ، Həcər ، İordaniya
captcha