İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Malaziya Xəbər Agentliyi"nə (BERNAMA) istinadən verdiyi xəbərə görə, Malaziyanın beynəlxalq Quran-Kərim yarışlarının 57-ci turu həftənin 2-ci günü, İyun ayının 9-da Kualalampurun "Putra Dünya Ticarət Mərkəzi"ndə öz işinə başlayacaqdır. Quran-Kərimin qiraət və hifzi üzrə keçirilən bu yarışlarda 70 ölkə iştirak edəcəkdir.
Malaziyanın İslami İnkişaf Təşkilatının (JAKİM) baş katibi Osman Mustafanın verdiyi xəbərə əsasən, yarışlarda iştirak edəcək dövlətlərdən indiyədək 20 ölkə Qiraət, 27 ölkə Hifz və 20 ölkə hər iki ixtisas üzrə qeydiyyatdan keçmişdir.
Qeyd edək ki, Malaziyanın milli Quran yarışlarının 58-ci turu son günlərdə keçirilmişdir. Bu turun qalibləri olan xanımlar (Hüsna Həsən və Fərihə Zulkifli) və kişilər (Məhəmməd Şəzani və Eynuddin Helmi) beynəlxalq yarışlarda Malaziyanı qiarət və hifz üzrə təmsil edəcəklər.
Osman Tahanın dediyinə görə, yarışlarda Misr, Ərəbistan, Malaziya, İndoneziya, Burunoi və Taylanddan olan 15 nəfərlik hakim heyəti iştiak edəcək.
Həmçinin yarışların açılış mərasimində Malaziyanın padşahı Əbdülhəlim Müəzzəmşah da iştirak edəcəkdir.
Yarışlar 5 gün davam edəcəkdir. İİR-dan yarışlara Möhsin Haci Həsəni qatılacaqdır.