İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla xəbər verir ki, Fond 2006-cı il yanvarın 13-də təsis edilib. Fondun Bağdadda 4, digər əyalətlərdə 14 filialı var. Hazırda "Əl-Əyn" Sosial Qayğı Mərkəzində 27.000 kimsəsiz uşaq təhsil alır.
Sosial Qayğı Fondu xüsusi sədəqə qutuları hazırlayıb və sədəqə qutularından gələn gəlir fondun hesabına daxil olur. "Əl-Əyn" Sosial Qayğı Mərkəzi 2006-2013-cü illər arası kimsəsiz uşaqların ehtiyaclarına 39 milyon dollar pul xərcləyib.