IQNA

İmam cümə:

"Qapıdan qovulan Amerikanın ölkəyə yenidən girməsinə izin verilməməlidir"

23:46 - June 19, 2015
Xəbər sayı: 3316039
Tehran(İQNA)- Tehranın bu həftəki cümə xətibi Ayətullah Müvəhhidi Kermani bölgədəki siyasi mühitdən və digər mövzulardan danışıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.az-a istinadla xəbər verir ki, Tehranın bu həftəki cümə xətibi Ayətullah Müvəhhidi Kermani olub. O, mübarək ayın gəlişi münasibətilə müsəlmanları təbrik edərək bildirib: “Bizdən istənilən ixlasdır. Yəni işi yalnız Allah üçün görmək. Məbada alnımıza nifaq möhürü vurulsun və biz Qiyamət günündə münafiq olaraq dirilək.


Müsəlmanların işi ilə maraqlanmayan müsəlman deyildir. İslam İnqilabının zərər görməsinə atılan hər bir addımın Qiyamət günü hesabı vardır. Xüsusən yaxşılıqlara əmr etməyi tərk etmək və ya pisliklərdən çəkindirməyə laqeyd yanaşmağın”. O, sözlərin davamında dövlət məsullarına xitab edərək bildirib: “Elə iş görməyəsiniz ki, bir gün qapıdan qovulan Amerika yenidən pəncərədən daxil olsun və bu ölkəyə hökmranlıq etsin”.


Yəmən hadisələrinə də toxunan Ayətullah Kermani bildirib: “Bu gün Yəməndə 2 məsələ baş verməkdədir. Birincisi, oruc halında belə müqavimət göstərmələri. İkinci isə, Səud rejiminin qəribə düşmənçilikləri. Ey kaş, xəcalət çəkər və özlərinə hərəm xadimi adını qoymazdılar”.

Teqlər: amerika ، yeniden ، ölkəyə ، girəməz
captcha