İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İnterAz- a istinadla verdiyi xəbərə görə, mütəxəssislər, bu il ən uzun oruc gününün 21 saat 50 dəqiqə müddətində, təqribən min nəfər müsəlmanın yaşadığı İslandiyada olacağını deyirlər. Ən qısa oruc günü isə Argentinada 9 saat müddətində olacaq.
Ölkələrdə oruc gününün uzun olmasını nəzərə alaraq az bir qisimdə islam alimləri orucun Məkkə vaxtı ilə tutulmasını təklif ediblər.
Ən uzun oruc günlərinin olduğu ölkələr
1- İslandiya: 21 saat 50 dəq
2- Norveç : 20 saat
3- Rusiya : 19 saat
4- Belçika : 18 saat
Ən qısa oruc günlərinin olduğu ölkələr
1- Argentina 9 saat
2- Avstraliya 10 saat
3- Cənubi-Afrika 10 saat 30 dəq
4- Brazilya 11 saat