İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İİNA"-nin (Beynəlxalq İslam Xəbər Agentliyi) rəsmi informasiya portalına istinadən verdiyi xəbərə görə Əfifə Əman – Malaziyanın xarici işlər naziri, İslami ölkələrdən istədi ki, İŞİD problemini həll etmək üçün toplaşaraq, bu məsələnin həlli və İŞİD-in birdəfəlik məhvi yollarını araşdırsınlar.
Əfifə Əman dedi: İŞİD terrorist təkfirçi təşkilatının bütün addımları İslam dininin prinsipləri ilə daban-dabana ziddir və bu təşkilatın hədəfi İslam dininin mübarək və nurlu simasını dünyada ləkələmək və müsəlmanları bədnam etməkdir.
Hazırda BMT –nin qərargahında bu təşkilatın Milli Təhlükəsizlik Şurasının toplantısında olan Malaziyanın xarici işlər naziri Əfifə Əman İslami ölkələrdən istədi ki, İŞİD problemini həll etmək üçün toplaşaraq, bu məsələnin həlli və İŞİD-in birdəfəlik məhvi yollarını araşdırsınlar.
O dedi: Biz İŞİD terroristləri tərəfindən tərsim olunmuş İslami simanı dünya xalqlarının zehnindən silməliyik.
Əfifə Əman öz çıxışında İŞİD terroristləri tərəfindən insanların vəhşicəsinə qətliamını məhkum etdi.