IQNA

İİR prezidenti Küveytin əmirinə:

Təkfirçilərin hədəfi İslamı bədnam etmək və müsəlmanlar arasına qardaş qırğını salmaqdır

10:45 - June 29, 2015
Xəbər sayı: 3320864
Siyasi şöbə: İran İslam Respublikası prezidenti Dr. Həsən Ruhani bir ismarıcda Küveytin əmrinə başsağlığı verərək, İmam Sadiq (ə) məscidinə edilən hücumu məhkum etdi və vurğuladı: Təkfirçi qruplaşmaların Allah evində və İlahi ziyafət ayında terror tötərtmələrinin anti-İslam hədəfləri vardır. Onlar İslamı bədnam etmək, müsəlmanlar arasında təfriqə salmaq və qardaş qırğını yaratmaq istəyirlər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİR prezident aparatının rəsmi xəbər və informasiya portalına istinadən verdiyi xəbərə görə İran İslam Respublikası prezidenti Höccətul-İslam vəl-müslimin Dr. Həsən Ruhani son hadisələrlə bağlı yazdığı bir ismarıcda Küveyt dövlətinin əmiri Səbah əl-Əhməd əl-Cabir əs-Səbaha başsağlığı verərək, təkfirçi terroristlər tərəfindən Küveyt şiələrinin İmam Cəfər Sadiq (ə) məscidinə edilən terror hücumunu məhkum etdi və vurğuladı: Təkfirçi qruplaşmaların Allahın təhlükəsizlik evində və İlahi ziyafət olan mübarək Ramazan ayında terror tötərtmələrinin anti-İslam və mənfur hədəfləri vardır. Onlar İslamı bədnam etmək, müsəlmanları kobud və zorakı və vəhşi göstərmək, müsəlmanlar arasında təfriqə salmaq və qardaş qırğını yaratmaq istəyirlər.



İran İslam Respublikası prezidenti Höccətul-İslam vəl-müslimin Dr. Həsən Ruhani son hadisələrlə bağlı yazdığı bu ismarıcda Küveyt dövlətinin əmiri Səbah əl-Əhməd əl-Cabir əs-Səbaha başsağlığı verərək, müştərək həmkarlıq və həmrəylik nəticəsində və İslam dininin İlahi təlimləri işığında regionda sülhün, sabitliyin, asayişin artmasına və zorakılıq və terrorizmin məhv olacağına ümidvar olduğunu vurğulayıb.



3320278 

Teqlər: ruhani ، İİr ، küveyt ، terror
captcha