IQNA

19:47 - July 09, 2015
Xəbər sayı: 3326036
Tehran(İQNA)- HƏMAS-ın mübariz üzvü beynəlxalq Qüds gününün Ayətullah Xomeyni tərəfindən elan edilməsini Fələstin probleminə lazımi dəyərin və önəmin verilməsi kimi qiymətləndirib.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın interaztv.az-a istinadla verdiyi xəbərə görə, HƏMAS bütün ərəb və müsəlman ölkələrindən beynəlxalq “Qüds Günü”ndə Fələstin məsələsini önə çəkmələrini istəyib.

Bu barədə İslami Mübarizə Hərəkatının üzvü və Qəzzada parlamentin nümayəndəsi Əhməd Əbu-Hələbiyə məlumat verib.

HƏMAS-ın mübariz üzvü beynəlxalq Qüds gününün Ayətullah Xomeyni tərəfindən elan edilməsini Fələstin probleminə lazımi dəyərin və önəmin verilməsi kimi qiymətləndirib.

Qeyd edək ki, beynəlxalq Qüds Günü İran İslam İnqilabının qələbə çalmasından bir il sonra Ayətullah Xomeyni tərəfindən elan edilib.

Ad:
E-poçt:
* Comment:
* captcha: