IQNA

12:43 - July 12, 2015
Xəbər sayı: 3327064
Tehran(İQNA)- “Qüds günündə səudiyyəlilərin müdafiəsiz yəmənlilərə hücumunun davam etməsi islam və ərəb dünyası üçün xəcalətdir”.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İnterAz-a istinadla verdiyi xəbərə görə, bunu İranın xarici işlər nazirinin müavini Əmir Abdullahiyan deyib. İran xarici işlər nazirliyinin Afrika və ərəb ölkələri üzrə nümayəndəsi Qüds günündə Səudiyyə Ərəbistanın Yəmənə hava zərbə endirməsini tənqid edərək, bunu ərəb və islam dünyası üçün utandırıcı adlandırıb.


“Sionizm və terrorizm sikkənin iki tərəflərini təşkil edir. Bu gün terrorçuların və təkfirçilərin əsas vəzifəsi islam ölkələrinin sərmayələrini qarət etmək onların gücünü tükətmək və sionizmə qarşı olan cəbhəni məhv etməkdən ibarətdir. Belə bir gündə səudiyyəlilərin Yəmənə hücumu davam etdirməsi xəcalətvericidir ”.

Teqlər: Səudiyyə ، Qüds ، gününde ، Yemen'e ، hücum ، etdi
Ad:
E-poçt:
* Comment:
* captcha: