IQNA

Britaniyada Məhəmməd peyğəmbərin (s) müasirinin yaza biləcəyi Quran əlyazması tapılıb

12:41 - July 22, 2015
Xəbər sayı: 3332086
Tehran(IQNA)- Britaniyanın Birminhem Universitetinin əməkdaşları Universitet kitabxanasında saxlanılan Quran əlyazmasının səhifələrinin dünyadakı ən qədim manuskriptlərdən biri olduğunu aydınlaşdırıblar.

Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA)-nın Salamnews-a istinadla verdiyi xəbərə əsasən, Britaniyanın Birminhem Universitetinin əməkdaşları Universitet kitabxanasında saxlanılan Quran əlyazmasının səhifələrinin dünyadakı ən qədim manuskriptlərdən biri olduğunu aydınlaşdırıblar.


Tədqiqatçıların sözlərinə əsasən, radiokarbon analizin müqəddəs Quranın bu əlyazmasının yaşının 1300 ildən çox olduğunu göstərdiyi vaxt heyrətə gəliblər.


Bu da manuskript üzərində çalışan insanın Məhəmməd peyğəmbəri (s) gördüyü və ya Onun moizələrini dinlədiyi ehtimalını yaxın edir.

Teqlər: britaniya ، çox ، eski ، quran
captcha