IQNA

İngiltərəli siyasətçi KİV-lərin İsrailin uşaq öldürməsinə gözyummasına qəzəbləndi

10:57 - August 04, 2015
Xəbər sayı: 3338734
Beynəlxalq qrup: Corc Qalivey – İngiltərənin məşhur siyasətçisi, Fələstinli südəmər uşağın işğalçı sionist rejiminin radikal qəsəbə sakinləri tərəfindən yandırılaraq öldürülməsinə KİV – lərin göz yummağını və diqqətsizlik etdiyini qınadı.


İQNA – nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “The Independent” qəzetinin rəsmi informasiya portalına istinadən verdiyi xəbərə görə, Corc Qalivey – İngiltərənin məşhur siyasətçisi, Fələstinli 18 aylıq südəmər uşağın işğalçı sionist rejiminin radikal qəsəbə sakinləri tərəfindən yandırılaraq öldürülməsinə KİV – lərin göz yummağını və diqqətsizlik etdiyini qınayaraq, Zimbabve meşələrindəki məşhur “Sesil” adlı şirin öldürülməsinə ayrıldığı yer və vaxt qədər fələstindli uşağın yandırılaraq öldürülməsinə diqqət çəkilməməsindən təəssüf hissi keçirdiyini bildirərək dedi: Fələstində qanın qiyməti çoxmu ucuzdur?!



O dedi: Əli Səd Dəbavişi (diri – diri yandırılmış18 aylıq südəmər körpə) İsrailin qeyri – qanuni tikdiyi qəsəbə sakinlərinin radikalcasına cinayətləri nəticəsində diri – diri yandırıldı, amma sizlərdən (İngilis KİV – ləri) biri və siyasi qüdrət sahiblərindən heç kəs  bu hadisəyə ən kiçik əhəmiyyəti belə vermədiniz.  



Qeyd edək ki, bir az öncə Zimbabvenin məşhur şiri Sesil bir amerikalı diş həkimi tərəfindən öldürülmüşdü ki, KİV – lər bu məsələni geniş işıqlandırdılar və müxtəlif insanlar bu məsələyə reaksiya verdilər. Amma İordan çayının qərb sahillərində İsrailin qeyri – qanuni tikdiyi qəsəbə sakinlərinin radikalcasına cinayətləri nəticəsində diri – diri yandırılmış Əli Dəbavişinin ölümü, ata-anası və 4 yaşlı qardaşının ağır dərəcədə yandırılması qarşısında heç bir reaksiya vermədilər və KİV – lər bunu işıqlandırmadı.



Radikal sionist yəhudilər evi yandırmamışdan öcnə divarlarına “intiqam” və “yaşasın dəccal məsix” sözlərini yazmışdılar.



   3338227

Teqlər: israil ، livan ، dini təbliğ ، kiv ، sionist ، fələstin
captcha