IQNA

Moskva iclasında qərara alındı;
9:46 - September 07, 2015
Xəbər sayı: 3358911
Xarici şöbə: Rusiyalı mübəlliğlərin İQNA-nın baş redaktoru Həmid Sabirfərzam ilə müştərək iclasında qərara alındı ki, "Beynəlxalq Quran Xəbər Agentliyi"nin Moskva şöbəsi açıldıqdan sonra, İQNA Quran xəbərlərinin yayılmasında rusiyalı dini mübəlliğlərlə həmkarlıq etsin.


İQNA – nın Moskvadakı iclasa ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, keçən Cümə günü, Sentyabar ayının 4-də Rusiyalı mübəlliğlərin İQNA-nın icraçı redaktoru Həmid Sabirfərzam ilə "Medianın Quran mədəniyyətinin yayılmasında rolu" devizi altında müştərək iclası keçirilmişdir. İclasda İranın Moskvadakı mədəniyyət idarəsinin nümayəndəsi, beynəlxalq dərəcəli Quran qarisi Rəhim Xaki və rusiyalı dini mübəlliğlərdən 15 nəfəri də iştirak ediblər.



Bu toplantıda medianın Quran mədəniyyəti və dini maarifin yayılmasında rolundan, virtual aləmin təbliğdəki təsirindən və digər mövzularda müzakirələr aparılmışdır.



İclasda qərara alınmışdır ki, İQNA və rusiyalı mübəlliğlər dini xəbərlərin, əsasən də Quran xəbərlərinin yayılmasında həmkarlıq etsinlər. Həmçinin İQNA – nın Moskvada şöbəsinin yaradılması məsələsi də razılaşdırılmışdır.



Buna görə də İQNA – nın jurnalistika imkanları və İran universitetlərinin Quran fəaalarının tərcübələri rusiyalı mübəlliğlərin ixtiyarında qoyulacaq ki, onlar bu vasitə ilə öz fəaliyyətlərini mediada yayımlaya bilsinlər. Bu yöndə onlara jurnalistika sirləri və ictimai şəbəkələrdə işləmək üçün təlim kursları da keçiriləcəkdir.  



Bundan əlavə rusiyalı mübəlliğlərin bütün fəaliyyətləri İQNA tərəfindən mətbuata çıxarılacaq və mediada yayımlanacaqdır.



Qeyd edək ki, İQNA ilk Beynəlxalq Quran Xəbər Agentliyidir ki, 12 il öncədən fəaliyyətə başlamış və hazırda 42 dildə yayımlanır.



3358243



   

Teqlər: iqna ، rusiya ، quran ، təbliğ
Ad:
E-poçt:
* Comment:
* captcha: