IQNA

Şeyx Nimr Cizana köçürülür

9:49 - September 08, 2015
Xəbər sayı: 3360311
Tehran(İQNA) - Səudiyyə Ərəbistanı rejiminin zindanında saxlanılan şiə alimi Şeyx Baqir Nimr və "Ənsraullah"-a qarşı yeni təxribat hazırlanır.

İQNA’nın İslamazeri.az-a istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının cənubunda Cizan şəhərinin Yəmənin “Ənsarullah” hərəkatı tərəfindən hücumlara mərzu qalmasından sonra, rejim yeni təxribat qərarına gəlib. Beləki, Səud rəsmiləri həbsdə olan Ayətullah Baqir Nimri hücuma məruz qalan Cizan şəhərinin həbsxanasına köçürmək qərarına gəlib.

Onlar Şeyx Nimri Cizan şəhərində öldürərək günahı yəmənlilərin boynuna yıxmaq və ya “Ənsarullah”-ın Cizandan geri çəkilməsini zəruriləşdirmək niyyətindədirlər. Bu qərar hələ icra edilməsə də, Səud rejiminin Şeyx Nimri edam etməsi barədə olan qərarını dolayı yolla icra etmək üçün vasitə hesab edilir. Qeyd edək ki, şeyx Nimr etdiyi çıxışlara görə 3 ildir ki, Səud rejiminin zindanıında həbsə məhkum edilib.

Teqlər: şeyx ، nimr ، Cizan'a ، köçürülür
captcha