İQNA - nın (Beynəlxalq Xəbər Agentliyi) "Saudi Gazette" qəzetinin internet portalına istinadən verdiyi xəbərə görə, Ərəbistanın məsul dairələrinin elan etdiyinə görə, Məscidul - Haramda hacıların izdihamlı olduğu bir yerdə məsulların ehtiyatsızlığı ucbatından aşan qaldırıcı kran 107 nəfər ziyarətçinin ölümünə və 238 nəfərini yaralanmasına səbəb olmuşdur.
Ərəbistanın məsul dairələrinin elan etdiyinə görə, bu qaldırıcı kran yağan şiddətli yağışlar, tufan və sürəti saatda 83 km-ə çatan küləyin nəticəsində yerə aşmışdır. Bu hadisə, Cümə günü günortadan sonra, yerli vaxtla saat 17:05 radələrində baş vermişdir.
Hadisənin səbəblərinin araşdırılması üçün komitə yaradılıb və "Ukaz" qəzetinin yazdığına görə, Məkkənin bütün xəstəxanaları fövəladə iş rejiminə keçiblər.
Hadisədən sonra bəzi müsəlman ölkələrinin başçıları Ərəbistan şahına başsağlığı ismarıcı göndəriblər.
Qeyd edək ki, aşmış qaldırıcı kran Ərəbistan şahının oğlu Məhəmməd bin Salmana məxsus "NSMA" şirkətinin olub. O, bu hadisəni ört-basdır ötmək üçün fotoşapla işlənmiş şəkilləri elektron xəbər agentliklərində yaymışdı ki, yalanı üzə çıxdı.
Öncədən Məkkədə tufan və yağış olacağı barədə xəbərdarlıq etsə də, şahzadə buna əhəmiyyət verməmişdir.
Həmçinin qeyd edək ki, ərəbistan dövləti Məkkənin genişləndirilməsi üçün 30 milyarda səudiyyə riyalı xərcləmişdir.