IQNA

Vəhabilər Avropya qaçan miqrantlara vəhabiliyi təbliğ edir

8:57 - September 21, 2015
Xəbər sayı: 3365617
Beynəlxalq şöbə: Vəhabilər Almaniyaya qaçaraq sığınacaq axtaran müsəlman mühacirlər arasında vəhabiliyi təbliğ etməyə başlayıblar. Onlar miqrantların iqtisadi durumunun çətinliyindən istifadə edərək mühacirləri yoldan azdırmağa çalışırlar.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) digər KİV-lərə istinadən verdiyi xəbərə görə, "Deutsche Welle" informasiya portalı bir xəbərdə bildirir ki, istinadən "Almaniya Federal Konstitusiyanı Qoruma Təşkilatı"nın elan etdiyinə görə, vəhhabilər Almaniyaya gələn qaçqınları öz tərəflərinə çəkmək üçün təbliğat işləri aparırlar. Onlar geniş təbliğat kompaniyası ilə miqrantların iqtisadi durumunun çətinliyindən istifadə edərək mühacirləri yoldan azdırmağa çalışırlar. Federal Konstitusiyanı Qoruma Təşkilatının sədri Hans Georg Maben "Rheinische Post" qəzetinə verdiyi müsahibədə vəhhabilərin Almaniyaya gələn qaçqınlar arasından üzv qazanmağa çalışdığını bildirib.





Maben sələfilərin könüllü olaraq qaçqınlarla ünsiyyətə keçməyə çalışdığını, onları pul məbləğində əqidələrinə cəlb etdiklərini söyləyib. Almaniyaya sığınan qaçqınların böyük hissəsinin sünni olduğunu xatırladan Maben bu səbəblə vəhhabilərin gələn qaçqınları özlərini gücləndirəcək potensial olaraq gördüyünü qeyd edib.

Teqlər: vəhabi ، almaniya ، qaçqın ، miqrant
captcha