IQNA

9:36 - October 26, 2015
Xəbər sayı: 3393690
Tehran(İQNA) - Hücum zamanı 1 nəfər həlak olmuş, 100-dən çox şiə müsəlman isə yaralanmışdı.

Banqladeşdə həyata keçirilmiş bomba hücumunun məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb. Dəkkədə həyata keçirilmiş hücum zamanı bir nəfər həlak olmuş, 100-dən çox şiə müsəlman isə yaralanmışdı.

İŞİD açıqladığı bəyanatda Banqladeşdəki "əsgərləri"nin dini ritual zamanı bomba hücumu həyata keçirdiyini deyib.

Hücum dünən şiə müsəlmanlar paytaxtdakı məsciddə Aşuranı qeyd etmək üçün toplaşan zaman baş verib.

Hücumçular Dəkkənin qədim hissəsindəki Hüseyni Dalan məscidində toplaşan minlərlə insanın üzərinə bomba atıb. Bombalardan üçü partlayaraq bir yeniyetmə oğlanın həyatına son qoyub. Hadisə zamanı onlarla insan isə yaralanıb.

İslam.az

Teqlər: Banqladeş ، Aşura ، mərasimi ، hücum ، İŞİD
Ad:
E-poçt:
* Comment:
* captcha: