IQNA

Fransa xiyabanlarında Quran-Kərim yandırdılar + videoçarx

23:43 - November 17, 2015
Xəbər sayı: 3453911
Beynəlxalq şöbə: Fransa cavanlarından bir dəstəsi Paris terror hadisəsindən sonra islamofob bir addım ataraq xiyabanlara çıxaraq Quran-Kərim nüsxələrini yandırıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "domo3news" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Fransa cavanlarından bir dəstəsi İŞİD terrorçularının Parisdə törətdiyi terror cinayət hadisəsindən sonra islamofob bir addım ataraq xiyabanlara çıxaraq Quran-Kərim nüsxələrini yandırıblar və bu iyrənc işlərinin videoçarxını ictimai şəbəkələr və internet saytlarında yayıblar.
Ictimai şəbəkələrdə yayımlanmış bu videoçarxda fransalı cavanlardan ibarət kiçik bir dəstəni göstərir ki, əllərinə qara bayraqlar almış və həmçinin Fransa bayrağını götürmüş halda və ictimai dini qayda və qanunları sındıraraq Quran nüsxələrinə od vururlar.
Bu hadisənin videoçarxını altdakı linkdən izləyin:
3453747

 

Teqlər: fransa ، paris ، terror ، quran
captcha