Kaliforniyada baş verən atışma hadisəsindən yalnız bir neçə gün sonra müsəlmanların bir daha zorakılıq və terrorizmdə ittiham olunduğu bir halda, aparılan yeni rəy sorğusunun nəticələri göstərir ki, ABŞ vətəndaşlarının 51% -i müsəlmanlara qarşı ölkənin digər vətəndaşları kimi eyni münasibər göstərir və rəy sorğusunda iştirak edənlərin təkcə 14.6%-i müsəlmanlardan ehtiyatlandıqlarını bildiriblər.
Habelə müəyyən olunub ki, Demokratların 60%-i müsəlmanları adi vətəndaşlar hesab edirlər- halbu ki, rəy sorğusunda iltirak edən Respublikaçılar arasında bu rəqəm yarıyadək azalıb və 30% təşkil edir.
Digər tərəfdən, Respublikaçıların 64%-i hesab edirlər ki, məscidlər ciddi nəzarətdə saxlanmalıdır, halbu ki Demokratların yalnız 43% belə düşünürlər.
Amerika-İslam Əlaqələri Şurasının sözcüsü İbrahim Huper bununla bağlı deyib: Amerikalıların əksəriyyətinin İslama qarşı müsbət fikirdə olması məni sevindirir. Lakin digər tərəfdən, anti-İslam baxışlarına sahib olan azlıqlar isə məni narahat edir.
Qeyd edək ki, ABŞ-da 2016-cı ildə keçiriləcək növbəti prezidentliyə namizədlərdən olan Respublikaçı Donald Tramp seçkilərdə qələbə çalacağı təqdirdə ölkədəki məscidləri bağlayacağı ilə bağlı verdiyi bəyanat kəskin tənqid olunub.
O həmçinin söz verib ki, Ağ Evin yeni sahibi olacağı təqdirdə, ölkə müsəlmanları üçün xüsusi təhlükəsizlik və kəşfiyyat məlumatları bazası yaradacaq.
Maide.az