IQNA

Donald Tramp:

Müsəlmanları Amerikaya buraxmayaın / Beynəlxalq Əfv Komitəsi və Ağ Ev tənqid etdi

0:36 - December 09, 2015
Xəbər sayı: 3461380
Beynəlxalq şöbə: Amerikanın gələcək prezident seçkilərinin namizədlərindən sayılan Tramp yenə də öz anti-İslam çıxışı ilə gündəmə gəlib, o, müsəlmanların ölkəyə girişini qadağan etməyin vacibliyini vurğulayıb. Onun fikrincə, Amerika cəmiyyəti terror aktlarına səbəb olan nifrətin mahiyyətini anlamalıdır.


IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "quardian" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən (08 dekabr 2015) Donald Tramp - Amerikanın gələcək prezident seçkilərinin namizədlərindən biri, yenə də öz anti-İslam çıxışı ilə gündəmə gəlib və müsəlmanların Amerikaya girişini qadağan etməyin vacibliyini vurğulayıb.



O deyib ki, müsəlmanları izləmək üşün xüsusi internet saytları yaratmaq lazımdır.



Onun fikrincə, Amerika cəmiyyəti terror aktlarına səbəb olan nifrətin mahiyyətini anlamalıdır.



Tramp deyib: "Biz bu problemi və gətirdiyi təhlükəli hədəni müəyyənləşdirib anlayana qədər, ölkəmiz yalnız cihada inanan və insan həyatına hörmət etməyən adamların dəhşətli hücumlarının qurbanı olmamalıdır".



Trampın bu sözü beynəlxalq ictimaiyyətdə mənfi qarşılanıb və ciddi tənqidlərlə üzləşib. Donald Trumpun bu fikirləri ABŞ-da da birmənalı qarşılanmayıb.



Həmçinin Ağ Ev onun bu sözlərini eşitdikdən sonra bu çıxışı ciddi şəkildə məhkum edib bə cameənin dəyərlərinə zidd olduğunu deyib. Ağ Evin sözçüsü qeyd edib ki, İŞİD müsəlmanlar ilə Ağ Evin arasına dava salmaq istəyir.  



BMT-nın beynəlxalq əfv şurası da Trampın bu çıxışını məhkum edib və onun nifrət dolu çıxışını da ciddi tənqid edib.



Beynəlxala Əfv Təşkilatı bəyanat yayaraq onun sözlərinə sərt reaksiya verib: “Bu təhrikedici sözlər milli və dini təəssübkeşlikdən doğur”.



Hellari Klintonun müsəlman müşaviri Huma Abdin Trumpa qarşı etiraz kompaniyası fəallarına ünvanladığı məktubda yazır: Mən bu kompaniyanı bu sözlərlə dəstəkləyirəm: “Mən müsəlman olduğum üçün fəxr edirərm”.



http://iqna.ir/fa/News/3461041

Teqlər: bmt ، İraq ، müsəlman ، islamofobiya
captcha