IQNA

İŞİD edam görüntülərini yayımlayıb İngiltərəni təhdid etdi

11:00 - January 04, 2016
Xəbər sayı: 3480026
Tehran, 4 Yanvar 2016 - İngiliscə danışan bir nəfər bu 5 nəfərin İngiltərə hökuməti tərəfindən tərk edildiyini deyib.

IQNA – interaztv-a istinadla xəbər verir ki, İŞİD terror təşkilatı edamları davam etdirir. Təşkilat bu dəfə də İngiltərə kəşfiyyatına məlumat ötürdüyünü iddia etdiyi 5 nəfərin edam görüntülərini yayımlayıb.

Yayımlanan görüntüdə diz üstündə saxlanılan 5 nəfərin başı üstündə İŞİD terrorçuları dayanıb. İngiliscə danışan bir nəfər bu 5 nəfərin İngiltərə hökuməti tərəfindən tərk edildiyini deyib. Baş nazir Devid Kamerona müraciət edən şəxs onu "Ağ evin köləsi” adlandırıb. Daha sonra İŞİD terrorçusu İngiltərənin işğal ediləcəyini və oranın şəriət qanunları ilə idarə ediləcəyini bildirib.

Çıxışın sonunda 5 nəfər başından güllə ilə vurularaq edam edilib.

Teqlər: İŞİd ، edam
captcha