İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əllamə Arif Hüseyn Vahidi - Pakistan şiələrinin Alimlər Birliyinin və Cəfəri Hərəkatının baş katibi (PŞAB), Ayətullah Şeyx Nimr Baqir Nimrin şəhadəti ilə bağlı bəyaniyyə yayaraq Səudiyyə dövlətinin bu addımını şeytani bir əməl adlandırdı və Ali-Sədun öz şeytani ərbabları israil və amerikanı sevindirmək üçün zalimcəsinə törətdiyi cinayəti məhkum etdi.
Əllamə Arif Hüseyn Vahidi - Pakistan şiələrinin Alimlər Birliyinin və Cəfəri Hərəkatının baş katibi, bu bəyaniyyədə vurğuladı: Ali-Səud rejimi bu çirkin və pis əməli İslamın ürəyini və İslam ümmətinin vəhdətini hədəfə almışdır.
Pakistan şiələrinin Alimlər Birliyinin və Cəfəri Hərəkatının baş katibi dedi: Bütün dünya müsəlmanları Ali-Səudun bu kinəli, intiqamçı və təfriqə salan əməlindən bəraət elan etməli və bu cinayəti kəskin şəkildə məhkum etməlidirlər. Qeyrətli Pakistan xalqı da öz nifrətini Ali-Səuda qarşı keçirdikləri aksiyalarda göstərdilər və bunu davam etdirəcəklər.
O, bəyaniyyənin sonunda ümidvarlıq edir ki, Şeyx Nimrin nahaq tökülmüş qanı bütün düynda Ali-Səudun münafiq üzünü rüsvay edəcək və bu rejimin süqutuna səbəb olacaqdır.