IQNA

11:17 - January 23, 2016
Xəbər sayı: 3480089

İslam ölkə rəhbərləri Qüdslə bağlı fövqəladə iclas keçirəcək

Tehran, 23.01.2016 - İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinə üzv ölkələrin rəhbərləri Qüds və Məscid-ül-Əqsanın vəziyyətini müzakirə etmək məqsədi ilə İndoneziyada toplanacaq.

IQNA, Maide.az-a istinadla xəbər verir ki, Qüds və Məscid-ül-Əqsanın vəziyyəti ilə bağlı İƏT ölkə başçılarının fövqəladə iclası Mərakeşdə keçirləcəkdi, lakin Mərakeş bu iclası keçirməkdən imtina etdiyi üçün İndoneziya iclasa ev sahibliyi edəcəyini elan etdi. İclas fevralın 6-7 –də Cakartada keçiriləcək.

İclasda İşğalçı Sionist rejiminin Fələstində müqəddəs məkanlara hörmətsilikləri artması məsələsi müzakirəyə çıxarılacaq.

captcha