Tehran, 23.01.2016 - İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinə üzv ölkələrin rəhbərləri Qüds və Məscid-ül-Əqsanın vəziyyətini müzakirə etmək məqsədi ilə İndoneziyada toplanacaq.
IQNA, Maide.az-a istinadla xəbər verir ki, Qüds və Məscid-ül-Əqsanın vəziyyəti ilə bağlı İƏT ölkə başçılarının fövqəladə iclası Mərakeşdə keçirləcəkdi, lakin Mərakeş bu iclası keçirməkdən imtina etdiyi üçün İndoneziya iclasa ev sahibliyi edəcəyini elan etdi. İclas fevralın 6-7 –də Cakartada keçiriləcək.
İclasda İşğalçı Sionist rejiminin Fələstində müqəddəs məkanlara hörmətsilikləri artması məsələsi müzakirəyə çıxarılacaq.