IQNA

Bəhreyn inqilabının ildönümü günü ərəfəsində xalq kütləvi tətillərə hazırlaşır

11:29 - February 03, 2016
Xəbər sayı: 3480128
Tehran, 03.02.2016 – Bəhreyndə bir qrup inqilabçı hərakat əhalini cümə günü fevralın 12-i yerli vaxtla gecə saat səkkizdən fevralın 14-ü gecəyədək tətilə çağırıb.

IQNA - Manama Post xəbər portalının məlumatına görə, Bəhreynin inqilabçı qrupları bu bəyanatda üç gün "hüquqi itaətsizlik" müddətində ticarət obyektlərində, banklarda və dövlət müəssisələrində işin dayandırılmasını, tibb işçilərindən başqa əhalini iş yerlərinə, məktəb və universitetlərə getməkdən çəkinməyə çağırıb.

İnqilabçı qruplar həmçinin Bəhreyn xalqından istəyiblər ki, üç gün "hüquqi itaətsizlik" müddətində yanacaqdoldurma məntəqələrinə müraciət etməsin, avtomobillə hərəkətdən çəkinsin və Bəhreynin müxtəlif meydanlarına, xüsusən Manama şəhərindəki meydanlara və şəhidlər meydanı ətrafına toplaşsınlar.

Qeyd edək ki, Bəhreyndə 2011-ci ilin fevralın 14-dən indiyədək Ali-Xəlifə hökumətinə qarşı xalq etirazları davamedir. Xalq azadlıq, ədalətin bərpası, ayrı-seçkiliyin aradan qaldırılması və ölkədə seçkilər yolu ilə bir quruluşun hakimiyyətə gəlməsini tələb edirlər.

Maide.az

captcha