İQNA - Bu sənədli film Rusiyanın mədəniyyət kanalında yayımlanacaq.Sənədli film İranın Şuş, Həmədan, Tusirqan, İsfahan və Şiraz şəhərlərində hazırlanacaq və bu şəhərlərdə olan bəzi Peyğəmbərlərə aid tarixi abidələr çəkiləcək.
Bu layihəyə əsasən Rus kinorejissorlar dünyanın müxtəlif bölgələrinə səfər edərək Peyğəmbərlərin tarixi haqqında 12 sənədli film çəkəcəklər.
Qeyd edək ki, yaxın gələcəkdə İranlı və Rusiyalı rejissorların birgə əməkdaşlığı ilə "Müqəddəs kitab dastanı” adlı verlişin də çəkilişləri başlanılmalıdır. Hazırda bu sahədə danışıqlar gedir.