İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İİR-nın "Universitetlərin Elmi Cihad Təşkilatı”nın təşəbbüsü ilə Tehran Universitetində "Hədis Elmləri Təsnifatı Qərbdə və İslam dünyasında” adlı ixtisaslaşdırılmış seminar keçiriləcəkdir.
"Hədis Elmləri Təsnifatı Qərbdə və İslam dünyasında” adlı seminarda Tehran İlahiyyat Universitetinin rəisi və Hədis Elmləri sahəsində onlarla kitab və məqalənin müəllifi Dr. Məcid Məarif, Tehran İlahiyyat Universitetinin elmi heyətinin üzvi Dr. Şadi Nəfisi və Mədəniyyət Araşdırmaları və Humanitar Elmlər üzrə araşdırmalar müəssisəsinin elmi heyətinin üzvi Dr. Fruğ Parsa iştirak edəcəklər.
İİR-nın "Universitetlərin Elmi Cihad Təşkilatı”nın təşəbbüsü ilə Tehran Universitetində "Hədis Elmləri Təsnifatı Qərbdə və İslam dünyasında” adı ilə keçiriləcək seminar gələn həftənin 2-ci günü yerli vaxtla saat 13:00-dan 15:00-dək Tehranın İlahiyyat Universitetinin "Şəhid Mütəhhəri” toplantı zalında keçiriləcəkdir.
Adres: Tehran, Şəhid Mütəhhəri xiyabanı, Müfəttih xiyabanı, Tehran İlahiyyat Universiteti, 2-ci bina.
http://iqna.ir/fa/news/3474597