İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) RESS TV telekanalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın nüfuzli şiə ruhanisi şəhid Ayətullah Şeyx Nimr Baqir Nimrin (r.ə) zalim vəhhabi rejimi tərəfindən edam olunduğunun qırxıncı günü mərasimi ilə əlaqədar Ərəbistanın şiələr yaşayan əyaləti Qətifin müxtəlif bölgələrində şiələr aksiya keçirməkdə davam edirlər.
Qətif əyalətinin şiələri dünən, həftənin cüməaxşamı günü, Ayətullah Şeyx Nimr Baqir Nimrin edamının qırxıncı günü münasibəti ilə genişmiqyaslı aksiyalar keçirdilər.
Vəhabi səudiyyə rejiminə etiraz aksiyasında iştirak edənlər əllərinə Ayətullah Şeyx Nimr Baqir Nimrin şəkilləri olan lövhəciklər götürmüşdülər və Ali-Səud əleyhinə şüarlar səsələndirirdilər.
Bəreyndən gələn xəbərlərdə də deyilir ki, Ali-Xəlifə rejiminə müxalif olan yerli xalq dünən günortadan sonra, cüməaxşamı gününün ikintisində rejimin siyasətlərinə qarşı etiraz aksiyası keçiriblər. Bəhreynin polis qüvvələri aksiya keçirənlərə hücum edrək onları meydandan qovmaq istəyiblər və bunun üçün gözyaşardıcı qazlardan istifadə ediblər.
Bəhreynlilər bu gün də (cümə günü) Ali-Xəlifə və Ali-Səud rejiminin siyasətlərinə etiraz olaraq aksiyalar keçirəcəklər.
http://iqna.ir/fa/news/3474935