IQNA

Hakim Həskani və onun Şəvahid ət-Tənzil kitabı

13:26 - February 17, 2016
Xəbər sayı: 3480191
Tehran, 17.02.2016 - Qazi Əbul-Qasim Übeydullah ibn Əbdullah ibn Əhməd ibn Məhəmməd ibn Əhməd ibn Məhəmməd ibn Həskan Qərşi Amiri Nişapuri 5-ci hicri-qəməri tarixinin böyük alimlərindən biridir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hakim Həskani (490 hq), Qazi Əbul-Qasim Übeydullah ibn Əbdullah ibn Əhməd ibn Məhəmməd ibn Əhməd ibn Məhəmməd ibn Həskan Qərşi Amiri Nişapuri 5-ci hicri-qəməri tarixinin böyük alimlərindən biridir. O, İbn Həza və ya İbn Həddad adı ilə də məşhurdur. Əhl-Sünnənin Hənəfi məzhəbindəndir.

Hakim Həskani 5-ci əsrdə Nişapurda elm əhli olan bir ailədə dünya gəldi. Uşaqlıq çağlraı atası və babasının yanında elm öyrəndi. Özünü gələcəkdə İslam aləminin böyük alimlərindən biri olmağa hazırladı.

Öz zamanında Hədis və Rical Elmində böyük və öncül alimlərdən biri sayılırdı. Bir çox hədis raviləri və mühəddislər onun yanında elm öyrənmiş və hədis nəqli icazəsi almışlar.

O, zahid, alim və fəzilətli bir insan idi. Moziə məclisləri də var idi. - Mosuəti təbəqatul fuqəha", Cəfər Sübhani, 5/220/1903.

Əsil-nəsəbi

Onun sülaləsi və ata-babası elm əhli və məşhur olmuşlar. Böyük babası Əmir Əbdullah bin Amir bin Kəriz (Kurəyz) üçüncü xəlifə Osmanın zamanında Xorasan vilayətini fəth etmiş və bu vilayətin camaatı onun əli ilə müsəlman olmuşdur. Buna görədə bu sülalə Xorasanlıların arasında xüsusi hörmətə malikdirlər.

Babası Əhməd bin Muhəmməd bin Əhməd (320 – 423 hq) hədis ravisi olmuşdur. Əbu İshaq Bəzzazi, Əbu Əmr bin Mətər və Əbul-Həsən bin Bəndar Seyrəfidən hədis rəvayət etmişdir.

Atası Əbdullah bin Əhməd bin Muhəmməd (363 - 450 hq) məşhur "Vaiz" olmuşdur. O, həfətnin bazar günləri Nişapurun "Mərbəi" məscidində moizə edərdi. Həmçinin məşhur tacir olmuş və hökumət işlərində də çalışmışdır.

Əmisi Əbdur-Rəhim bin Əhməd bin Muhəmməd saleh, abid və zahid bir kişi olmuş və Nişapur, İraq, Hicaz və Şam (Suriya-Dəməşq) alimlərindən hədis rəvayət etmişdir. - "Əyanuş-şiə", 8/136.

Övladları

Onun övladalrından aşağıdakı üç nəfər hədis ravilərindən hesab olunurlar:

1.Hakim Əbuəli Həza Muhəmməd bin Ubeydullah bin Əbdullah Həsəkani.

2.Əbusəid Həza Said bin Ubeydullah Həsəkani.

3.Əbulfəzl Həza Vəhəb bin Ubeydullah Həsəkani (450-524 hq).

Bunların hər üçü təqvalı alim və hədisşünas olmuşlar. Vəhəb qardaşların ən kiçiyi idi, amma atasından daha çox hədis eşitmişdi. O, cəmiyyətdən uzaqlaşaraq ibadətlə məşğul idi. Şagirdləri onun ətrafına toplanır və ondan hədis öyrənirdilər.

Elmi şəxsiyyəti

Hakim Həsəkaniöz dövrünün məşhur alimlərindən idi. Hədis ravilərindən çoxu onun dərslərində iştirak edir, hədis öyrənir və hədis rəvayət etmək üçün icazə alırdılar. Oözüdə çoxlu alimlərdən hədis eşitmiş və rəvayət icazəsi almışdı.

O, saleh və fazil bir insan idi. Moizə və xütbə oxumaq üçün məclislər təşkil edərdi.

"Rical" alimləri onu "mühəddis – inanılmış – hədis elminə alim – aliul isnad (onunla ravilərin arasında az fasilə olub)" kimi sözlərlə tərif etmiş və öz zamanında "Hədis" və "Rical" elmini onun kimi bilən olmamışdır demişlər. - "Fehresut-turas", 1/535;

Bəzi tərcümyei-hal yazanlar onu sünni alimi və Hənəfi məzhəbindən bilirlər. Bəziləri isə onun Şiə alimi olduğunu, lakin təqiyyə etdiyini demişlər.

İbn Tavus onun barəsində deyir:

فروى الحاكم عبيد اللّه بن عبد اللّه الحسكاني في كتاب دعاء الهداة إلى أداء حق الموالاة، و هو من أعيان رجال الجمهور ...

"Hakim Ubeydullah bin Əbdullah Həskani Əhli-sünnənin tanınmış şəxsiyyətlərindən biridir".- "Əl-İqbal bil ə`malil həsənə", Seyid Əli bin Tavus, 2/251.

Zəhəbi özünün "Təzkirətul-huffaz" kitabında yazır:

و وجدت له مجلسا يدل على تشيعه و خبرته بالحديث و هو تصحيح خبر رد الشمسِ و ترغيم النواصب الشُّمُس...

"Onun bir kitabını tapdım ki, onun şiə olduğunu sübut edir. Bu kitabın adı "Təshihu xəbəri rəddiş-şəms və tərğimun-nəvasibiş-şumus"dur". - "Mosuəti təbəqatul fuqəha", Cəfər Sübhani, 5/220/1903;"Təzkirətul-huffaz", Zəhəbi, 3/1200/1032;

Mərvə səfər

O, hədis eşitmək və alimlərlə görüşmək üçün Mərv şəhərinə səfər edib, orada dərs məclisləri təşkil etdi. Onun ətrafına çoxlu elmsevərlər toplaşdı və o, burda da şagirdlər tərbiyət etdi.

Hakim ustad və icazə şeyxləri

1.Abullah binƏhməd bin Muhəmməd (atası)

2.Əhməd bin Muhəmməd (babası)

3.Əbuəbdillah Hakim Nişapuri

4.Əbu Bəkr bin Haris İsfahani Nəhvi

5.Əbul Həsən Ələvi

6.Əbdullah bin Yusif İsahani

7.Əbul Həsən bin Əbdan

8.İbn Fəthəvəiyyə Dinəvəri

9.Əbu Tahir bin Məhməş

10.Qazi Əbul-əla SaidbinMuhəmməd Hənəfi(vəfat:432 hq)

11.Hakim Əbuəbdillah Hafiz

12.Əbulhəsən Əli bin əs-Səqqa

13.Əbu Əbdillah bin Bakuvəyh

-"Mosuəti təbəqatul fuqəha", Cəfər Sübhani, 5/220/1903;

Şagirdləri

Hakim Həsəkanin çoxlu şagirdləri olmuşdur ki, misal olaraq aşağıdakıları göstərçək olar.

1.Əbdulğafir bin İsmail Farsi (451 – 529 hq)

2.Mehdi bin Əbihərb

3.Seyid Əbu Muhəmməd Huseyni Qaini

Əsərləri

Hakim Həsəkanin məşhur şagirdi Əbdulğafir bin İsmailözünün "Tarixu Nişapur" kitabında yazır:

"Mən ustadımın təliflərinin öz xətti ilə yazılmış siyahısını görmüşəm. Bu siyahıda yüzə yaxın kitab adı var idi. Onların arasında faydalı bilgilər var idi".

Hakim Həsəkaninin mühüm kitablarından aşağıdakıları göstərmək olar:

1.Şəvahid ət-Tənzil li-qəvaid ət-təfzil fil ayatin-naziləti fi Əhlil-beyt (ə).

2.Xəsaisi Əli bin Əbitalib (ə) fil-Quran.

3.Təshihu xəbəri rəddiş-şəms və tərğimun-nəvasibuş-şumus

4.Duaul hudat ila ədai həqqil muvalat

5.Fəzailu şəhri Rəcəb

"Məalimul-uləma", 78/527; "Fehresut-turas", 1/535;"Möcəmur-rical", Xoi, 12/83/749; "Əl-İqbal bil ə`malil həsənə", Seyid Əli bin Tavus, 2/251;"Mosuəti təbəqatul fuqəha", Cəfər Sübhani, 5/220/1903;.

Vəfat

QaziMühəddis Əbul Qasim Ubeydullah bin Əbdullah Həsəkani Əhli-beyt (ə) elm və maarifinə bir ömr xidmət etdikdən sonra təqribən 490-cı hicri-qəməri tarixində fani dünyanı tərk edib əbədiyyətə qovuşmuşdur. - "Siyəru ə`lamun-nubəla", 18/268; "Əyanuş-şiə, 2/403 və 8/137; "Əməlul amil", 2/167/494;

"ŞƏBAHİD ət-TƏNZİL” kitabı ilə tanışlıq

Hakim bu kitabda Əhl-Beytin (ə) şənində nazil olmuş və ya təfsir edilmiş 210 ayəni və 1200 hədisi dəlil gətirərək İmam Əlinin (ə) və ailəsinin fəzilət və üstünlüklərini yazmışdır.

Bu kitab Əhl-Sünnə alimləri arasında mötəbər təfsir kitablarından biri sayılır.

Müəllifin kitabın müqəddiməsində dediyinə görə, "Kərramiyyə” firqəsindən bir nəfərin "İnsan surəsi”nin İmam Əlinin (ə) və Əhl-Beytin (ə) haqqında nazil olduğunu inkar etdiyini və hətta Quranda Əhl-beyt (ə) haqqından bir ayənin belə olmadığını iddia etdiyini görür. Bu iddianın müqabilində isə əhl-sünnə alimlərindən heç biri bir söz demir və sakit dayanırlar. Hakim Həskani bu hadisədən narahat olur və buna görə də Əhl-Beytin (ə) fəzilətlərini isbat etmək üçün bu kitabı yazır. Və kitabın sonunda qeyd edir ki, bu işi tələsik yazdığı üçün Əhl-Beytin (ə) fəzilətində olan ayə və hədislərin hamsına işarə edə bilməyib və əli çatan yerdə olan mənbələrdən istifadə edərək bu az miqdarı yazmışdır.

Kitab 7 fəsldən ibarətdir:

1). Böyük alimlərin və məşhur insanların İmam Əlinin (ə) xüsusiyyətləri barədə dedikləri – (Səhabələrin sözləri + Abdullah ibn Ömər ibn Xəttab + Əkrəmə + Ayişə).

2). İmam Əlinin (ə) Quranın tilavət və hifzindən öncüllüyü

3). Quranın ilk dəfə İmam Əli (ə) tərəfindən toplanması

4). İmam Əlinin (ə) Quranın həqiqəti, mənaları, necə nazil olması və nazil olma səbələrinə olan xüsusi elmi

5). İmam Əlinin (ə) və övladlarının barəsində olan ayələrin və ş`əni-nüzul hədislərinin çoxluğu

6). "Ya əyyühəl-ləzinə” sözünün Quranın 90 ayəsində birbaşa İmam Əliyə (ə) xitab olması

7). Quran surələrinin tərtibi əsasına Əhl-Beyt (ə) haqqında nazil olan ayələrin zikri və "nüzul ş`əni” hədisləri

Hakim Həskani bu kitabda Əhl-Beytdən (ə) olan məsum imamlardaan, Abdullah ibn Abbas, Mücahid, Səid ibn Cübeyr, Zəhhak, Əkrəmə, Cabir ibn Abudallah Ənsari, Abdullah ibn Məsud, Salman Farsi, Süfyan Suri, Hüzeyfə, Məqatil ibn Süleyman, Süleym ibn Qeys, Əbu Səid Xodri və digər səhabə, tabein və alimlərdən hədis nəql etmişdir.

Müəllif bu kitabda əsasən Əhl-Sünnə mənbələrindən istifadə etmişdir, bununla yanaşı Fərat Kufi kimi şiə təfsirindən də istifadə etmişdir.

Əminul-İslam Təbərsi "Məcməul-Bəyan” və Əllamə Məclisi "Bihar”da bu kitabdan istifadə ediblər.

Hazırladı: Mirməhəmməd Bəşir

captcha