IQNA

İİR-nın Milli Məclisinin kitabxanasında saxlanılır;

Quranın ən qədim nüsxələri və 1100 əsərlik bir gəncinə

0:11 - February 26, 2016
Xəbər sayı: 3480226
Tehran, Ədəbiyyat qrupu, 26.02.2016 – İran İslam Respublikasının Milli Məclisinin kitabxanasında Quran-Kərimin 365 qədim əlyazma nüsxəsi və Quran Emləri ilə bağlı 1100 əlyazma əsər saxlanılır.

İQNA-nın verdiyi xəbərə görə, İran İslam Respublikasının İslam Şurası Məclisinin (Milli Məclis) kitabxanasında Quran-Kərimin 365 ədəd qədim əlyazma nüsxəsi və Quran Emləri ilə bağlı 1100 əlyazma əsər saxlanılır ki, Quran-Kərimin bu kitabxanada saxlanılan ən qədim əlyazma nüsxəsi "Əli ibn Məhəmməd Müxlisi Təbəri” tərəfindən kitabət edilmişdir.

İslam Şurası Məclisinin kitabxanasının əlyazma nüsxələr bölməsinin müdiri Söhrab Yekkə Zare İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində dedi: Quran-Kərimin bu kitabxanada saxlanılan ən qədim əlyazma nüsxəsi "Əli ibn Məhəmməd Müxlisi Təbəri” tərəfindən 353-cü hicri-qəməri tarixində kitabət edilmişdir. Əlbəttə bu kitabxanada olan Quran nüsxələrindən birinin bir vərəqi İmam Rzaya (ə) mənsubdur ki, bu tək vərəq Quran kitabxananın ən qədim nüsxəsi sayıla bilər.

Söhrab Yekkə Zare əlavə etdi: İslam Şurası Məclisinin kitabxanasında çox nəfis və qədim əlyazma Quran nüsxələri mövcuddur ki, böyük incəsənət ustadları və xəttarların əl işləridirlər. Bu Quran nüsxələrindən biri də Yaqut Mötəsimi adı ilə məşhur olan Cəmalud-din Mübarək Şahın dəsti-xətti ilə yazılmış çox gözəl və nəfis və qədim incəsənət əsəri sayılan bir Qurandır ki, hicri-qəməri tarixi ilə 681-ci ildə kitabət olunmuşdur.

http://iqna.ir/fa/news/3477104


Teqlər: quran ، əlyazma ، qədim nüsxə
captcha