IQNA

Türkiyəli qəzet yazarı Messinin adını Quranda tapıbmış

18:13 - March 01, 2016
Xəbər sayı: 3480240
Tehran, 01.03.2016 – Türkiyəli qəzet yazarı Argentinalı futbol ulduzu Lionel Messinin adını Quranda tapdığını deyərək özünü gülüş obyektinə çevirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "nas" elektron qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyənin "Ədalət və Rifah" partiyasına bağlı qəzet yazarı gülməli və maraqlı bir istidlal ilə çıxış edərək özünü gülünc vəziyyətə salaraq, gülüş obyektinə çevirilib. O öz yazısında bildirib ki, Barselona futbol kulubun argentinalı futobol ulduzu Lionel Messinin uğur rəmzi budur ki, onun adı Quran-Kərimdə keçmişdir.

Süleyman Qaraqulaq - Türkiyənin hakim partiyası olan "Ədalət və Rifah" partiyasına tabe "Milad" qəzetinin yazarı, çox gülməli və maraqlı bir yazıda argentinalı futobol ulduzu Lionel Messini dünya futbolunun möcüzəsi adlandırdı və möcüzə olmağının dəlilini isə onun adının Quranda olması ilə əlaqələndirdi.

Qaraqulaq "Messinin adı Quranda gəlib" adlı məqaləsində zəif və məntiqsiz dəlillərlə Messinin adının Quranda keçdiyini göstərməyə çalışıb.

Görünən budur ki, bu yazarın Qurandan heç bir anlayışı olmadığı üçün Bəqərə surəsinin 275-ci ayəsində işlənilən "əl-məss" və ya "əl-ləms" sözünü Messi ilə əlaqələndirməyə çalışıb.

Quran-Kərim bu ayədə buyurur:

«الَّذِينَ يَأْكُلُونَ الرِّبَا لاَ يَقُومُونَ إِلاَّ كَمَا يَقُومُ الَّذِي يَتَخَبَّطُهُ الشَّيْطَانُ مِنَ الْمَسِّ ذَلِكَ»

"Riba (sələm) yeyənlər (Qiyamət şeypuru çalınanda) gorlarından qalxarkən Şeytan sürtünərək pərişan etdiyi adamlar kimi qalxarlar".

Qaraqulağın istinad etdiyi digər ayə Vaqiə surəsinin 79 ayəsidir ki, Allah-Taala bu ayədə buyurur:

«لَّا يَمَسُّهُ إِلَّا الْمُطَهَّرُونَ»

"Pak insanlardan və ya paklanmış insanlardan başqa bu Qurana heç kəs əl vura bilməz".

Gördüyünüz kimi bu ayələrin Messinin adı ilə heç bir əlaqəsi yoxdur. Amma Qaraqulaq iddi edib ki, onun bu sözünü Bağçalar qəsəbəsinin imamı Həsən Suli də təsdiq edib.

Bu yazar deyib ki, Messi də futbol oynayarkən digərlərinə sürtüşdüyü üçün bu ayələrdə işlənən sürtmək və toxunmaq sözünün Messiyə işarə olduğunu demək olar...

http://iqna.ir/fa/news/3479690


Teqlər: futbol
captcha