İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-məyadin" və "əl-yəvm əs-sabe" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, sionist rejiminin yüzlərlə qəsəbə sakinləri dünən Fələstinin Qərb Sahillərinin şimalında Nablos şəhərin şərqində yerləşən Həzrət Yusif peyğəmbərin (s) məqbərəsinə İsrail rejiminin silahlı qüvvələrinin himayəsi altında hücum ediblər.
Nablos şəhər sakinlərinin verdiyi məlumata görə, sionist qəsəbə sakinləri silahlı qüvvələrin himayəsi ilə Həzrət Yusif peyğəmbərin (ə) məqbərəsində yəhudi dininə aid ayinlər və mərasimlər keçiriblər.
Buna etiraz edən fələstinlilər isə işğalçı qəsəbə sakinlərini məqbərənin həyətindən uzaqlaşdırmağa müvəffəq olublar.
Sionist rejim qüvvələri də İordan çayının müxtəlif bölgəsində səkkiz fələstinlini həbs ediblər.
Sionist işğalçılar həmçinin Nablosun yaxınlığında Xərbə Tana bölgəsində fələstinlilərin mənzillərini lisenziyanın olmaması bəhanəsi ilə dağıdıblar.
http://iqna.ir/fa/news/3484430