İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Gürcüstanın şiələr yaşayan Marneuli şəhərində Həzrət İmam Hüseynin (ə) adını daşıyan və Həzrət Ayutllah Üzma Seyyid Əli Sistaninin dəftərxanası tərəfindən tikilən məcsidin açılış mərasimi keçirildi.
Mərasimdə şiələrin təqlid mərcəsi Həzrət Ayutllah Üzma Seyyid Əli Sistaninin nümayəndəsi, İran İslam Respublikası, Türkiyə, İraq və Azərbaycanın səfirləri, Gürcüstan parlamnet nümayəndələrinin bəzisi və Gürcüstan dinlər agentliyinin rəisi və Gürcüstanın baş nazirinin müavini Zaza Vaşakmadze də iştirak etmişlər.
Məscidin açılışı şiələrin təqlid mərcəsi Həzrət Ayutllah Üzma Seyyid Əli Sistaninin tam səlahiyyətli nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyid Cavad Şəhristaninin Gürcüstana səfəri çərçivəsində baş tutmuşdur.
Marneuli müsəlmanların iştirakı ilə keçirilən bu mərasimdə Gürcüstan dinlər agentliyinin rəisi və Gürcüstanın baş nazirinin müavini Zaza Vaşakmadze çıxışı zamanı Həzrət Ayutllah Üzma Seyyid Əli Sistani cənablarına öz təşəkkürünü bildirərək müsəlmanların mənəvi fəzasının yüksəldilməsində daha çox həmkarlıq etmələri arzusunda olduğunu vurğuladı.
Qeyd edək ki, İmam Hüseyn (ə) məscidi Gürcüstanın Marneuli şəhərində 350 merlik sahədə iki mərtəbəli bina şəkilində tikilmişdir.
http://iqna.ir/fa/news/3497455/