IQNA

Qəlbinurların hifz yarışında ikinci yeri tutan açıqladı;

Doqquz ayda Quranı hifz etməkdən arzularının çin olmasınadək

6:16 - May 18, 2016
Xəbər sayı: 3480461
Tehran, 18.05.2016 – Əhməd SarıKaya 1990-cı ildə dünyaya göz açmışdır. O indiyədək Quran fəaliyyətləri zəminində çoxlu təqdirəlayiq işlər görmüş və hazırda da bu yöndə mühüm işlər görməklə məşğuldur.

Doqquz ayda Quranı hifz etməkdən yuxusunun çin olmasınadəkİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Əhməd SarıKaya 1990-cı ildə Türkiyənin Dənizli Əyalətində dünyaya göz açmışdır. Bu qəlbinur Quran hafizi və qarisi indiyədək Quran fəaliyyətləri zəminində çoxlu təqdirəlayiq işlər görmüşdür və hazırda da yenə bu yöndə mühüm işlər görməklə məşğuldur.

Əhməd SarıKaya İran İslam Respublikasının 33-cü beynəlxalq Quran yarışlarının haşiyəsində Tehranın İmam Xomeyni (r.ə) böyük müsəllasında keçirilən "qəlbinurların ilk beynəlxalq Quran hifzi yarışları"nda Quran-Kərimin kamil hifzi üzrə ikinci yeri qazana bilmişdir.

Bu "qəlbinur" (görmə qabiliyyətli qüsurlu) Quran hafizi İQNA ilə müsahibəsində İran İslam Respublikası beynəlxalq Quran yarışlarının çox yüksək səviyyədə keçirilməsinə işarə edərək öz Quran fəaliyyətlərindən danışdı.

Əhməd SarıKaya bildirdi ki, 6 yaşında olarkən ilk dəfə Yasin surəsini hifz etmiş və 9 yaşında ikən məşhur Quran qarilərinin səslərinə qulaq asaraq Quranın tilavətini və hifzini öyrənməyə başlamışdır. Qurana olan eşqi və əlaqəsi səbəb olur ki, o, 9 ay ərzində Quranı hifz etsin. Bu müddətdə o təkcə kasetlərə qulaq asmaqla kifayətlənmir və məşhur Quran ustadlarının əyani dərslərindən də istifadə edir.

Əhməd SarıKaya Quran yarışları haqqında keçmişinə işarə edərək dedi: Türkiyənin milli Quran yarışlarında iki dəfə Quranın kamil hifzi üzrə 2-ci yeri qazanmışam. 2011-ci ildə Dubayda Quran-Kərimin peşəkar qiraəti üzrə 3-cü yeri tuta bildim. Bundan əlavə 2013-cü ildə Xorvatiyanın beynəlxalq Quran yarışlarında Quran-Kərimin kamil hifzi üzrə 1-ci yeri qazana bildim.

Bu "qəlbinur" (görmə qabiliyyətli qüsurlu) Quran hafizi Quranla ünsüyyətdə olmasının bərəkətlərindən danışaraq dedi: Quran-Kərimlə bağlılığım gözüm olmasa da mənə görməyi öyrətdi. Quranın nurunun işığında dünyanın müxtəlif ölkələrinə səfər etdim. Quran üzrə fəaliyyətlərimlə bağlı 35 ölkəyə səfər təcrübəsi varımdır. Bəzən elə hiss edirəm ki, Quran mənə uçmaq üçün iki qanad vermişdir. İlk dəfə həcc səfəri zamanı Allahdan istədim ki, məni Qurana xidmətçi qərar versin. Allaha şükür edirəm ki, mənim həyatıma Quran rəngi və iyi qatdı.

Əhməd SarıKaya səslərinə qulaq asdığı Quran qariləri haqqında danışarkən işarə etdi ki, İran qarilərinin də səslərinə qulaq asır və Əhməd Əbul-Qasimi, Mehdi Səyyafzadə və Səid Tusiyə qulaq asmağı xoşlayır.

http://iqna.ir/fa/news/3498877


captcha