IQNA

Londonda "XIX Beynəlxalq İmam Xomeyni (r.ə) konfransı" keçiriləcək

6:37 - May 31, 2016
Xəbər sayı: 3480511
Tehran, 31.05.2016 - İngiltərə İslami Mərkəzinin Londondakı ofisində “İmam Xomeyni və qadınların məqamı” mövzusunda İmam Xomeyni (rə) adına 19-cu beynəlxalq konfrans keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İngiltərənin İslami Mərkəzinin ümumi əlaqələr şöbəsinin informasiya portalına istinadla verdiyi xəbərə görə, cari həftənin şənbə günü, İyun ayının 4-də, yerli vaxtla saat 8:30-da, İngiltərə İslami Mərkəzinin Londondakı ofisində "İmam Xomeyni və qadınların məqamı” mövzusunda İmam Xomeyni (rə) adına 19-cu beynəlxalq konfrans keçiriləcək və konfransda müxtəlif ölkələrdən iştirak edən müsəlman alim və mütəfəkkirləri mövzu ilə bağlı çıxışlar edəcəklər.

İngiltərə İslam Mərkəzi rəisi Məhəmməd Əli Şimalinin çıxışı ilə başlayan bu bir günlük konfransda professor Radni Şekspir (vəkil və ictimai ədalət aktivisti), Zəhra Ələvi (Tv aparıcı və qadın hüquqları aktivisti), Məhnaz Heydərpur (Cameətuz-Zəhra Universitetinin ustadı), Məhəmməd Cəlal Firuz – Bəhreynin Əl-Vifaq təşkilatının üzvü və Bəhreynin keçmiş parlament nümayəndəsi və Abbas Di Palma – İtaliyanın İmam Mehdi (ə.f) İslam Mərkəzinin rəisi, iştirak və çıxış edəcəklər.

Konfransda dünyanın müxtəlif ölkələrindən o cümlədən İtalya, Bəhreyn, İran, Pakistan və digər ölkələrdən elm adamları, din xadimləri və araşdırmaçılar iştirak və çıxış edəcək.

3 iyun (27 şaban) İslam İnqilabının banisi İmam Xomeyninin vəfatının il dönümüdür. İmam Xomeyni 1989-cu il iyunun 3-də vəfat edib.

Onun İranda həyata keçirdiyi inqilab, o zamanın mövcud siyasi prosesləri, dünyada siyasi proseslərin inkişaf və hərəkət istiqaməti və müsəlman ölkələrinin o vaxtkı vəziyyətini nəzərə alsaq, demək olar, XX əsrin ən böyük siyasi dəyişikliklərindən biri hesab olunur.

1989-cu il 4 iyun tarixində Ayətullah Ruhullah Musəvi Xomeyninin Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisnin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub.

Qeyd edək ki, keçən il İmam Xomeyni (rə) adına 18-ci beynəlxalq konfrans "İmam Mehdi (ə.f) üçün dəyərli cameə qurmaq" mövzusu ilə keçirilmişdi.

http://iqna.ir/fa/news/3502304


Teqlər: iqna ، İmam xomeyni ، konfrans ، london
captcha