IQNA

İran prezidenti Ramazan ayı münasibəti ilə İslam ölkələri başçılarını təbrik etdi

12:17 - June 07, 2016
Xəbər sayı: 3480533
Tehran, 07.06.2016 – İran İslam Respublikası prezidenti mübarək Ramazan ayının gəlib çatması münasibəti ilə İslam ölkələri başçılarını təbrik edib.

IQNA - Həsən Ruhani bazar ertəsi günü İslam ölkələri başçılarına ayrı-ayrılıqda ünvanlanmış müraciətlərdə Ramazan ayının gəlib çatması münasibəti ilə, onları kollektiv əməkdaşlıq, həmrəylik və yekdillik yolu həmçinin rəhmət dini olan İslam dini barəsində düzgün baxış əsasında zorakılıq və ifratçılıq olmayan bir dünyanın quruculuğunda iştirak etməyə dəvət edib.

İran prezidenti İslam ölkələri başçılarına xitabən deyib: İslam tarixinin hazırkı həssas dönəmində İslam dini barəsində yanlış və zorakı bir simanın təqdim edilməsi bizim tarixi irsimizi, sivilizasiya keçmişimizi və dinc yanaşı yaşam prinsipimizi təhdid edir. Buna görə də əl-ələ verərək, rəhmət, sülh və dostluq dini olan İslam dinini dünya xalqlarına olduğu kimi göstərək. "Ümid edirəm mübarək ayda, Allah tala ilə mənəvi ünsiyyətdən və Quran Kərimin təlimlərindən faydalanaraq, ilahi ziyafət ayında müsəlmanlar arasında daha artıq birlik və həmrəyliyin şahidi olacayıq". (maide.az)

 

captcha