IQNA - Gürcüstan Müsəlman Qadınlar
İcmasınım təşkilatçılığı ilə keçirilən toplantıda Gürcüstan gəncliyinin
intelektual, mədəni və tərbiyəvi səviyyəsi, mövcud durum, gələcək perspektivlər
və inkişaf və proqresiyasına mane olan amillərhaqda çıxışlar oldu, fikir
mübadiləsi aparıldı.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov çıxışının sonunda bildirdi ki, yeni təhsil ilində belə görüşlərin və təlimlərin daha irimiqyaslı şəkildə və hətta ali təhsil ocaqlarında və müxtəlif bölgələrdə keçirilməsi də nəzərdə tututub. Bu mövzuda proqramların keçirilməsinin əsas məqsəd Gürcüstan gəncliyini (qumar, narkomaniya, alkoqalizm və s. kimi) yanlış vərdişlərdən, tənəzzülə uğradan və fəsada çəkən əməllərdən uzaqlaşdırmaq, onların inkişafı sahəsində dinimizin tövsiyələrini bölüşmək, onları elm öyrənməyə və əxlaqi və mənəvi dəyərlərə dəvət etməkdir.