IQNA - Yürüş mitinqində iştirak edən gənclər hökumətin şeyx Zəkzəkini hələ də qanunsuz olaraq həbsdə saxlamasını qınayıblar. nümayişçilər şeyx Zəkzəki və İslam hərəkatının üzvlərinin dərhal qeyd şərtsiz azadlığa buraxılmasını tələb ediblər.
Əllərində şeyx Zəkzəkinin şəkillərini daşıyan nümayişçilər ordunun Zariyada Əhli-Beyt (ə) ardıcıllarına qarşı törətdiyi qətliamın qarşısında beynəlxalq ictimaiyyətin hələ də sükut etdiyini bildirib. Nümayişçilər hökumətdən Zariya qətliamında əli olan cinayətkarların cəzalandırılmasını tələb ediblər.
Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zarya şəhərində şiələrin toplaşdığı Bəqiyyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı Şeyx Zəkzaki yaralanıb və həbs olunub. Onun 3 övladı şəhid edilib. İnsan haqları təşkilatları Nigeriya ordusunun Kaduna əyalətində Zarya şəhərinə hücum zamanı ən az 300 Əhli –Beyt (ə) tərəfdarının öldürüldüyünü elan ediblər. Bəzi məlumatlara görə, hücum zamanı 1000 –dək şiə qətliam olunub.
Nigeriya İslami Hərakatına üzv olan 220 nəfər hazırda Kaduna həbsxanasında saxlanılır.
Nigeriyanın müxtəlif şəhərlərində Əhli-Beyt (ə) tərəfdarları dəfələrlə etiraz aksiyaları keçirərək Nigeriya İslami Hərakatının rəhbəri Şeyx Zəkzaki və digər məhbusların azadlığa buraxılmasını tələb ediblər.
Maide.az