IQNA

Müsəlman və məsihi cavanların Misirdə beynəlxalq toplantısı başladı

12:36 - August 19, 2016
Xəbər sayı: 3480710
Tehran, 19.08.2016 – Müsəlman və məsihi cavanların beynəlxalq toplantısı "dinlərin sülhdə, terrorizm və radikalizm ilə mübarizədə rolu" mövzusunda bu gün günortadan sonra Qahirədə öz işinə başlayacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müsəlman və məsihi cavanların ilk beynəlxalq toplantısı "dinlərin sülhdə, terrorizm və radikalizm ilə mübarizədə rolu" mövzusunda bu gün günortadan sonra Qahirədə öz işinə başlayacaq və üç gün davam edəcəkdir.

Seminar, natiq çıxışı, təlim dərnəyi və sair proqramlardan ibarət bu toplantı Əl-Əzhər İslam Mərkəzi və Kilsələrin Beynəlxalq Şurası tərəfindən keçirilir.

Toplantıda Orta Şəqr, Avropa və Afrika ölkələrindən yaşları 30-dan aşağı olan 40-dan çox cavan oğlan və qız aktivistlər iştirak edirlər.

Bu toplantıda təşkil olunan seminar, natiq çıxışı, təlim dərnəyi və sair proqramlarda iştirak edən cavanlar dünyada beynəlxalq sülhün həyata keçirilməsi, vətəndaşlıq hüquqlarının qorunması, cavanların ictimai işlərdə aktivliyi, ictimai ədalətin bərpası və radikalizm ilə mübarizə yollarını və bu yöndə dini dialoqların müsbət təsirini müzakirə edəcəklər.

Tolantının yekun iclasında, həftənin bazar günü, Əl-Əzhərin şeyxi Əhməd Təyyib müsəlman və məsihi cavanlar ilə görüş keçirəcəkdir. Toplantının proqramında Misirin qibtilər kisləsinin rəhbəri "Papa II Tuezars" ilə görüş və Qahirədə "Ərəb Birliyi Qərargahı" binasına baxış da nəzərdə tutulmuşdur.

http://iqna.ir/fa/news/3523813


Teqlər: iqna ، əl-əzhər ، əl-mustafa ، misr ، qahirə ، məsihi
captcha