İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi)
"rio2016.com" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə
görə, Kimya Əlizadə və Hüdaya Vəhbə "RİO 2016" olimpiyada oyunların rəsmi
saytı tərəfindən taekvondo üzrə müsəlman xanımların bayraqdarları elan ediliblər.
Braziliyada keçirilən "RİO 2016" olimpiyada oyunların rəsmi saytı bu barədə xəbər verərək yazdı: İslami ölkələrin cavan müsəlman xanımları olimpiyadanın taekvando idman növü üzrə bayraqdarlıq edərək göstərdilər ki, müsəlman xanımlar bu idman növü üzrə sürətlə inkişaf edirlər.
Olimpiyadanın rəsmi saytı "rio2016.com"un verdiyi xəbərə görə, İran İslam Respublikasından Kimya Əlizadə və Misrdən Hüdaya Vəhbə bu yarışlarda 57 kq. çəkisində taekvandoçular arasında bürünc medal qazandılar və bu çəkidə bayraqdarlığı ələ alaraq Şimali Afrika və Orta Şərq müsəlman xanımlarının məharətlərini göstərdilər.
Qələbəsindən sonra şükr səcdəsi edən iranlı qəhrəman xanım Kimya Əlizadə bu qələbə ilə dünyaya göstərdi ki, İslami hicaba riayət etməklə də dünya idman qülləsinin ən yüksək pilləsində dayanmaq olar.
Qeyd edək ki, həm 18 yaşlı Kimya Əlizadə və həm Hüdaya Vəhbə müsəlman qadınlar arasında ölkələrinə tarixdə ilk dəfə medal qazandıran taekvandoçu müsəlman xanımlardırlar.
http://iqna.ir/fa/news/3524010