IQNA

Səudiyyəli vəhabi müfti İrana hürdü

7:17 - September 17, 2016
Xəbər sayı: 3480807
Tehran, 17. 09. 2016 – Mürtəci və doqmatik fikirləri ilə tanınan səudiyyəli müfti Aiz Qərəni bu ölkənin baş müfitsi ilə həmsəda olaraq İranı "məcus, səfəvi və terrorizmin mənşəyi" adlandırdı.

















İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk tv kanalının informasiya portalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın irticaçı və doqmatik fikirləri ilə tanınmış vəhabi müftisi Aiz əl-Qərəni ölkəsinin baş müfitsi ilə həmsəda olub özünün şəxsi "tyuter" sosial şəbəkəsi profilində mesaj paylaşaraq İran İslam Respublikasını "məcus, səfəvi və terrorizmin mənşəyi" adlandırdı.

Aiz əl-Qərəni bu mesajda yazır ki, bu ilin Həcc mərasimi yüz faiz uğurla keçirildi və bunun səbəbi isə iranlıların bu ilki Həcc ayinlərində iştirak etməməsidir.

Bu təkfirçi vəhabi müftisi İranı səfəvi, məcus və terrorizmin mənşəi kimi dünyaya tanıtdıraraq (!) ölkəsinin boşboğaz və doqmatik baş müftisi Əbdül- Əziz Ali Şeyx ilə həmsəda olub onun kimi fikir bildirərək idda etdi: İranlılar müsəlman deyil, məcusdurlar (atəşpərəst) və onların müsəlmanlar ilə düşmənçiliyə tarixi bir məsələdir.

Səudiyyə Ərəbistanın axmaq müftiləri bir halda bu iddianı edirlər ki, bir ay öncə Çeçenistanda Əl-Əzhər şeyxlərinin və 200-dən çox əhl-sünnə aliminin iştirak etdiyi toplantıda vəhabiləri və sələfiləri müsəlmanlar və əhl-sünnə sıralarından silib atdılar.

Çeçenistan toplantısına Ərəbistanın vəhabi müftilərinin heç biri dəvət olunmamışdı. Konfransda iştirak edənlərin fikirincə dünyadakı radikalizm və terrorun əsas mənşəyi vəhabilər və onların davamçılarıdır ki, digərlərini əzmək üçün onları təkfir etməyə və qeyri-müsəlman adlandırmağa çalışırlar.

http://iqna.ir/fa/news/3530511


Teqlər: iqna ، vəhabi ، iran ، iranofobiya
captcha