İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ŞƏFƏQNA" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Malaziya xəbər mənbələri bildiriblər ki, Malaziyanın "Cuhur Baru" əyalətinin İslami polisləri bu həftənin Cümə gecəsi (20.10.2016) "Kümeyl duası" oxuyan şiələrin toplaşdığı məkan bağlayıblar və dua oxumaq üçün toplaşan şiələri həbs ediblər.
Xəbərdə deyilənə görə, Malaziyanın "Cuhur Baru" əyaləti polisi tutuqlanan şiələri bu gün şəriət məhkəməsində mühakimə edəcəkdir.
Malaziyanın "Malaka" əyalətinin şəriət polisləri də cari ayın əvvələrində İmam Hüseyn (ə) əzadarlığı üçün hazırlıq görən ata və oğulu "əzadarlıq proqramı hazırlamaq" ittiahmı ilə Aşura gecəsi həbs ediblər.
Malaziyanın 1991-ci ildə qərara aldığı şəriət qanunlarına görə bu iki nəfər suçlu sayılarlarsa, 1200 dollar cərimə və ya 3 il həbs və ya hər ikisi ilə cəzalana bilərlər.
Bundan əlavə Kualalampur şəhər polisləri Aşura gecəsi əzadarlıq edən 30 nəfər pakistanlı şiəni də həbs ediblər və onlardan 22 nəfərinin işi məhkəməyə göndərilib.
Bu həbslərdən sonra Malaziyanın "J25" adlı siyasi-ictimai aktivistlər qrupu ölkə rəhbərlərindən tələb ediblər ki, 2004-cü ildə Malaziya rəhbərlərinin imzaladığı federal qanunlara və beynəlxalq bəyannaməyə əməl olunsun və şiələrə öz məzhəbi ayinlərini və dini mərasimlərini azad şəkildə keçirmək üçün icazə verilsin.
http://iqna.ir/fa/news/3539466