IQNA

Ayətullah Sistaninin nümayəndəsindən Mosuldakı mülki şəxslərlə bağlı xəbərdarlıq

12:44 - October 22, 2016
Xəbər sayı: 3480912
Tehran, 22.10.2016 – Ayətullah Sistaninin nümayəndəsi, mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Ayətullah Sistaninin nümayəndəsindən Mosuldakı mülki şəxslərlə bağlı xəbərdarlıq

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın verdiyi xəbərə görə, İslam dünyasının nüfuzlu alimlərindən olan Ayətullah Seyid Əli Sistaninin nümayəndəsi olan Şeyx Əbdülmehdi Kərbəlayi cümə günü Kərbəlada etdiyi çıxış zamanı Mosul şəhərindəki mülki şəxslərdən danışıb.

Şeyx Əbdülmehdi Kərbəlayi mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Nümayəndə bundan əlavə bildirib ki, təhlükəsizlik qüvvələri Mosul döyüşlərində ələ keçənlərə qarşı insan haqları çərçivəsində rəftar etməlidir.

Ayətullah Sistaninin nümayəndəsi Mosul əməliyyatı zamanı uğur qazanan döyüşçülərə də təşəkkür edib.

Mənbə: eastnews

captcha