IQNA

Təbriz "Azərbaycanda Aşura ədəbiyyatı" mövzusunda II beynəlxalq konfransa evsahibliyi edəcək

10:10 - November 01, 2016
Xəbər sayı: 3480948
Tehran, 01.11.2016 – "Azərbaycanın Aşura Ədəbiyyatı" yaradıcılarının xatirəsinin əbədiləşdirilməsi mövzusunda ikinci beynəlxalq konfrans cari ayda Təbrizdə keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İslami Əlaqələr və Mədəniyyət Təşkilatı"nın xəbər və informasiya bürosuna istinadla verdiyi xəbərə görə, "Azərbaycanın Aşura Ədəbiyyatı" yaradıcılarının xatirəsinin əbədiləşdirilməsi mövzusunda ikinci beynəlxalq konfrans gələn həftənin birinci günü, Noyabr ayının 7-də Təbriz universitetində keçiriləcək.

Bu konfrans Təbriz universitetinin təşəbbüsü və İran İslam Respublikasının Azərbaycan, Gürcüstan və Ərzurumdakı mədəniyyət işləri idarəsinin həmkarlığı ilə keçiriləcəkdir.

Konfransın keçirilməsi yönündə İran İslam Respublikasının Bakıdakı mədəniyyət işləri idarəsinin vasitəsiçiliyi ilə Azərbaycanın tanınmış Əhl-Beyt (ə) şair və məddahlarından altı nəfər Təbrizdə qonaq olacaqlar.

Qeyd edək ki, konfransın keçirilməsindən məqsəd Azərbaycan, Türkiyə və Gürcüstanda olan Əhl-Beyt (ə) şairlərinin, məddahları və araşdırmaçılarının xatirəsini anmaq və onların Aşura və məhərrəmliklə bağlı yeni yaradıcılıqları ilə tanış olmaqdır.

Həmçinin bu toplantı Əhl-Beyt (ə) şair və məddahlarının dəyərləndirilməsi və anılmasından əlavə İran və qonaq ölkələr arasında mədəni və diplomatik əlaqələrin genişləndirilməsi və yaxşılaşdırılmasına da kömək edir.

http://www.iqna.ir/fa/news/3542186

captcha