IQNA

Şotlandiya İslami dövlət məktəbi açacaqmı?

10:55 - December 11, 2016
Xəbər sayı: 3481118
"Edinburq" universitetinin tədqiqatlarına görə, dövlət müsəlman şagirdlərin çoxluğunu nəzərə alaraq bərbarəlik üsullarına sadiq olduğunu sübut etmək üçün İslami dövlət məktəbləri təsis etməlidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Times" qəzetinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Şotlandiyanın "Edinburq" universitetinin tədqiqatlarının nəticələrinə görə, bu ölkənin şagirdlərinin böyük bir qismi müsəlmandırlar və dövlətə lazımdır və zəruridir ki, cəmiyyətdə fərdlər arasında bərbarəlik prinsiplərinə sadiq olduğunu sübut etmək üçün İslami dövlət məktəbləri təsis etsin.

Xədicə əş-Şayalın rəhbərliyi ilə aparılan bu tədqiqatların nəticələri göstərir ki, "ordu dili" - (Hindistan, Pakistan və Əfqanıstanda yaşayan müsəlman tayfaların danışdığı dil) – Şotlandiya müsəlman ailələrinin çoxunun danışdığı 4- cü dildir və buna görə də məktəblərdə tədris edilməlidir.

Bu arayışın nəticələri ilə bağlı verilən açıqlamada bildirilir ki, dövlət səviyyəsində İslami bir məktəbin təsis edilməsi müxtəlif dinlərdən olan şagirdlərin cəmiyyətdə uğurlu inteqrasiyası fürsətini yaradacaqdır.

Tədqiqatların nəticəsi həmçinin göstərir ki, Şotlandiyada yəhudi və məsihilər üçün dövlət məktəbləri çoxdan təsis edilmişdir, amma müsəlmanlar üçün belə bir şərait yaradılmayıbdır. Və bu bir haldadır ki, Şotlandiyanın Qlazqo və Dandi kimi mühüm və böyük şəhərlərinin şagirdlərinin böyük hissəsi müsəlmandır.

Şotlandiya Müsəlmanlar Şurasının sözçüsü bu barədə dedi: Britaniyanın bütün əyalətlərində, o cümlədən Şotlandiyada dövlət səviyyəsində İslami məktəblərin təsisinin zəruriliyi bir məsələdir ki, bütün müsəlman cəmiyyətləri bu barədə yekdil qərara gəlməli və məsələnin həllində təsirli rol ifa etməlidirlər.

captcha