IQNA

İslamofobiyaya etiraz olaraq Nyu-York kilsəsinin önündə toplandılar

8:54 - December 13, 2016
Xəbər sayı: 3481135
Keçən həftənin bazar günü Nyu- York əyalətinin Raçestr (Rochester) şəhərinin vətəndaşları müsəlmanlar əleyhinə aparılan islamofobiyaya etiraz olaraq "Braun Kraft" kilsəsinin önündə aksiya keçiriblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "whec" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, keçən həftə iki müsəlman tələbə öz dini təkliflərini yerinə yetirmək üçün Nyu- York əyalətinin Raçestr şəhərinin "Braun Kraft" kilsəsinə gediblər. Amma kilsə məmurları oları gördükdə təhlükəsizlik məmurlarına xəbər veriblər.

Buna görə də keçən həftənin bazar günü, 11 Dekabr 2016- cı il, Nyu- York əyalətinin Raçestr (Rochester) şəhərinin vətəndaşları müsəlmanlara qarşı irqçi rəftarlara və onların əleyhinə aparılan islamofobiyaya etiraz olaraq "Braun Kraft" kilsəsinin önündə aksiya keçirib və bildiriblər ki, bu cür davranışlara qarşı artıq dözümləri qalmayıb və kilsə hər cür İslamofob rəftara və irqçiliyə qarşı öz qəti mövqeyini sərgiləməlidir.

İslamofob davranışlara qarşı etiraz aksiyasında iştirak edənlər plakatların üzərinə "məsihiləri yenidən Məsihə (ə) oxşadın" şüarları yazmışdılar.

Rab Katalani - "Braun Kraft" kilsəsinin baş keşişi, etirazçıların qarşısına çıxaraq baş vermiş hadisəyə görə üzr istədi və bildirdi ki, kilsənin qapıları hamının üzünə açıqdır.

Etirazçılar bildiriblər ki, onlar kilsənin əleyhinə deyil, cəmiyyətdəki irqçiliyi və İslamofobiyanı məhkum etmək üçün toplaşıblar və məsihi cəmiyyətlərindən istəyirlər ki, bu cür hadisələrin cəmiyyətdə bir daha təkrarlanmaması üçün əllərindən gələni əsirgəməsinlər.

http://iqna.ir/fa/news/3553352


Teqlər: iqna ، kilsə ، məsihi ، islamofobiya ، irqçilik
captcha